Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

14:31 22-11-2022 | icon 200 | Siyasət
Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət
 

 

 

Məlum olduğu kimi, “Siyasi partiyalar haqqında” qanun layihəsi yeni redaksiyada təqdim olunub. Belə ki, partiyaların dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. Həmin tələbin pozulması halı müəyyən edildikdə dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırır.

 

Eyni zamanda qeyd olunur ki, bir üzvün partiyaya ödədiyi üzvlük haqqı minimum əməkhaqqının 35 mislindən artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.

 

Siyasi partiya rəhbərləri yeni redaksiyada təqdim olunan qanun layihəsinin təqdim olunan bəndləri ilə bu və ya digər şəkildə razıdırmı?

 

Versus.az xəbər verir ki, YAP idarə heyətinin üzvü Asif Əsgərli bildirib ki, bir çox partiyalar qanunla bağlı öz təkliflərini verib və bütün bunlar ictimai müzakirələrdə bir daha nəzərdən keçirilir.

A.Əsgərli qeyd edib ki, siyasi partiyaların üzvlüyünün 10 mindən 5000-ə endirilməsi, siyasi partiyaların təsisçiləri ilə bağlı təkliflər bəzi siyasi partiyalar tərəfindən sərt, çox ağır, uyğun olmayan məsələlər kimi qəbul edilsə də, artıq onun yumşaldığını görürük.

Onun sözlərinə görə, layihədə “200 təsisçi və onun ölkədə 20 ilə yaxın daimi yaşayan şəxlərə şamil olunması” məsələsində  artıq təsisçinin “20 il ölkədə yaşamasına” dair məhdudiyyət layihədən çıxarılıb. Eyni zamanda təsisçilərin sayının 50 nəfərə qədər endirilməsi nəzərdə tutulur. Üzvlük haqqının, ianənin məbləği ilə bağlı əvvəlki layihədə məbləğ yox, əməkahqqının 35 misli olaraq götürülüb. Bu daha uyğun variandır. Qanun layihəsində digər məsələlər də özünün əksini tapıb.

Partiya üzvlərinin sayı ilə bağlı təkilfə gəlincə, A.Əsgərli hesab edir ki, yəqin ki, bununla bağlı əvvəlcə partiyalara müddət veriləcək. Partiya bu tələbi həyata keçirə bilməsə, ya ləğvi, ya da hər hansı partiyaya birləşdirilməsi ilə bağlı qərar verilə bilər.  Onun sözlərinə görə, üzvlərin sayı 4500 -dən aşağı olarsa, ləğvi məsələsi ən son hədd kimi nəzərdə tutulur. Partiya xəbərdarlıqlara, rəsmi müraciətlərə məhəl qoymasa ən son hədd olaraq, ləğv oluna bilər”.

 

YAP yetkilisi hesab edir ki, yeni redaktədə iki dəfə ardıcıl seçkidə iştirak etməyən partiyaların ləğvi ilə bağlı müddüə da aradan qaldırılıb.

“Eləcə də parlamentdə olan partiyalarla yanaşı seçkilərdə iştirak edən, lakin parlamentdə olmayan partiyalara  da maliyyə dəstəyinin verilməsi nəzərdə tutulur.

Ümumən bu qanun layihəsi partiyaların ləğvı, yaxud onlara nəzarət funksiyasını həyata keçirmək üçün yox, fəaliyyətlərinin tənzimlənməsi, yaxud tam olaraq icrasına şərait yaratmaq, cəmiyyətin inkişafında vacib olan bir struktura çevrilməsinə dəstək vermək üçün bir qanun layihəsidir”.

 

T.Qafarlı

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Məktəbdə istilik problemi

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib