Pensiya yaşı 58-ə ENDİRİLSİN

13:01 24-11-2022 | icon 81 | Cəmiyyət
Pensiya yaşı 58-ə ENDİRİLSİN

Aktual, gündəmdən düşməyən məsələlərdən biri də pensiya yaş həddidir. Azərbaycanda qanunvericiliyə əsasən, pensiya üçün kişilərdə yaş həddi 65, qadınlarda 63-dür. Bəziləri bu yaş həddinin çox olduğunu deyir və azaldılmasını təklif edirlər. Dünya praktikasını da misal olaraq göstərirlər. Hətta 65 yaşa qədər yaşayan şəxslərin azaldığını da bildirirlər.

 

Maraqlıdır, pensiya yaşı azaldıla bilərmi? Ölkədə əmək pensiyası hüququnu tez əldə etmək mümkündürmü?

 

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, Azərbaycanda pensiya yaşı qonşu ölkələrin praktikasına uyğun olaraq təyin edilib:

 

 

“Pensiyada yaş həddi aktual məsələlərdən biridir. Bir çoxları Avropa ölkələrinin praktikasına əsaslanaraq həddin dəyişilməsini istəyirlər. Elə ölkələr var ki, pensiya yaş həddi bizdən xeyli yüksəkdir, bəziləri isə çox aşağıdır.

Düşünürəm ki, vətəndaş nə qədər tez pensiyaya çıxarsa, o qədər xoş güzəran görər. Bir çox vətəndaşlarımız var ki, təqaüdə çıxandan sonra işləmək arzusunda olurlar. Amma ümumilikdə, ilk növbədə, təqaüdə qədər dayanıqlı həyat təşkil olunduqdan sonra yaş həddinin aşağı salınmasının tərəfdarıyam”.

 

F.İbrahimov qeyd edib ki, bu gün vətəndaşların gəlirləri xərclərini ödəmir:

“Qonşulardan kimsə pensiya yaş həddini daha əlverişli etsə, biz də ona gedərik. Getmək lazımdır. Pandemiyadan sonra çətinliklər yaranıb. Vətəndaşların gəlirləri xərclərini ödəmir. Onlar özləri də mühitə uyğun xərclərini artırırlar. Bütün bunları görəndə təqaüdə çıxma başlıca şərt olur. Lakin təqaüdün normal olması şərti ilə”.

 

 

Milli Məclisin deputatı Aydın Hüseynov isə əlavə edib ki, ortaq nəticə olmalıdır ki, hər kəsi qane etsin:

 

“Cəmiyyətimizdə pensiya yaş həddinin azaldılması ilə bağlı bəzi fikirlər səslənir. Bu məsələyə birtərəfli yanaşılmamalıdır. Elə şəxslər var ki, 65 yaşına qədər işləmək istəyirlər. Hətta 65-dən sonra işləmək istəyənlər də var. Elələri də var ki, pensiyaya daha tez çıxmaq istəyirlər. Bu məsələ ilə bağlı orta hədd tapılmalıdır. Digər tərəfdən isə təqaüdə erkən çıxılması üçün normativlər var. Ümumi baxılmalıdır. Ortaq nəticə olmalıdır ki, hər kəsi qane etsin”.

 

İqtisadçı Rəşad Həsənov isə əlavə edib ki, ölkədə pensiya yaşı 58,5-ə endirilməlidir:

 

 

“Ölkədə pensiya yaşı azaldılmalıdır. Dünya təcrübəsi də buna təkan verir. 2021-ci ildə orta yaş həddi 73 idi. Dünya üzrə orta yaş həddi ilə pensiya yaş həddi arasında təxminən 14,5 il fərq olur. Bu aspektdən məsələyə yanaşsaq, pensiya yaş həddi 58,5 olmalıdır. Ən çox 60 yaş üzərində qərara gəlmək olar”.

 

R.Həsənov qeyd edib ki, demoqrafik aspektdən əhəmiyyətliliyi nəzərə alınaraq xanımların pensiya yaşı ilə bağlı güzəştlərin tətbiqi yenidən gündəmə gətirilməlidir:

 

“Çoxuşaqlı analara güzəştlər var. Hər uşağa görə yaşın azaldılması metodologiyasına geri dönüş, düşünürəm ki, demoqrafik aspektdən əhəmiyyətli olmaqla yanaşı, təbii artımı da dəstəkləyəcək. Lakin yaxın gələcəkdə belə bir güzəştin edilməsi ehtimalı çox azdır. Baxış dəyişilməlidir. Əmək bazarının qanuniləşdirilməsi istiqamətində tədbirlər artırılmalıdır. Pensiya siyasəti həm həmrəylik, həm də yığım prinsiplərinə əsaslanır. Hazırda həmrəylikdir. Yığım prinsipi yaradılacaq. Faktiki olaraq pensiya yaş həddinin azaldılması məsələsini davam etdirəcək”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?