Esra Gezgincinin Azərbaycanla bağlı proqramı bu həftə ekranlarda

16:18 24-11-2022 | icon 153 | KİV
Esra Gezgincinin Azərbaycanla bağlı proqramı bu həftə ekranlarda

Türkiyənin ən məşhur televiziyalarından olan NTV kanalı Azərbaycanın mədəni irsini, tarixini, dünəni, bu gününü özündə əks etdirən geniş və maraqlı veriliş ərsəyə gətirib.

 

Bu barədə Versus.Az-a Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç məlumat verib.

 

O bildirib ki, tanınmış aparıcı Esra Gezgincinin də qeyd etdiyi kimi, veriliş bu dəfə “Atəşin və rüzgarın ölkəsi qəhrəmalar yurdu Qardaş Azərbaycanda… Dağın-daşın yandığı Abşeron yarımadasından, tarixi və modern memarlığı ilə bir nağılı xatırladan Bakıda... Dünyanın ilk açıq dəniz neft platformasından, türk dünyasının paytaxtı Şuşaya qədər uzanan gözəl bir yolculuq”la yadda qalacaq.  

 

Paytaxt Bakıdan başlayan çəkiliş daha sonra Azərbaycanın digər bölgələrində də davam etdirilib. Qarabağa səfər təşkil olunub.

 

Məşhur aparıcı Esra Gezginci, verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışıb, Şuşanın nədən önəmli olması barədə NTV izləyicilərinə ətraflı məlumat verib. 

 

Səlçuk Karakılıçın sözlərinə görə 1 ay ərzində çəkilən Əsrarəngiz Azərbaycan  çox möhtəşəm görüntülərlə noyabrın 27-də Türkiyənin NTV kanalıda yayımlanacaq.

 

 

    

      

 

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Məktəbdə istilik problemi

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib