“İran fars höküməti ilə gərginləşən münasibətlər kontekstində bəlli oldu ki..."

22:14 24-11-2022 | icon 178 | Tarix
“İran fars höküməti ilə gərginləşən münasibətlər kontekstində bəlli oldu ki..."

Yasəmən Qaraqoyunlu: “İranda Türk mərkəzli baxış strategiyası meydana qoyulmalıdır”

 

“Bütöv Azərbaycan ideyasını millətimiz bağrında yetişdirib. Lakin Rus imperiya ağlı bu ideyaya çəki düzən verib, ideyanın içi boşaldılıb, türksüz Bütöv Azərbaycan  ideyası dəstəklənib və daim orta doğuda rəqabət halında olan  İngiltərə, 2-ci dünya savaşından sonra Amerika-Rusiya qarşıdurmasında istifadə olunub. Rus Bütöv Azərbaycançılığı Rusiyanın,  İranın mərkəzinə qədərki bölgələrə  nəzarət etməsini əsaslandıran  ideyadır. Bu ideya əsasında Rusiya Türkmənçay müqaviləsində nəzərdə tutulan ərazidən daha böyük ərazini, İranın yarısını ələ keçirəcəkdi”.

 

Bunu Versus.az-a tədqiqatçı alim Yasəmən Qaraqoyunlu İran molla rejiminin bu gün davam edən anti-türk siyasəti  ilə bağlı apardığı təhlillərində bildirib.  

 

Y.Qaraqoyunlu bildirib ki, Bütöv Azərbaycan uğrunda mübarizənin Elçibəy mərhələsində Bütöv Azərbaycan ideyası milliləşdirildi. Türk və Azərbaycan qavramları eyniləşdirildi. Türk millətinin Bütöv Azərbaycan ideyası strateji proqram halına salındı, əsaslandırıldı. Bütöv Azərbaycan sərhədləri Xəzərdən-Kəngər körfəzinə qədər çizildi.

 

Onun sözlərinə görə, Azərbaycan şüur və düşüncə baxımından əsla dəyişməyib. Və İran təsəvvürü,  İrana yanaşma tərzi da Stalin-Rus ədəbiyyatının yaydığı  tezislər, ideyalar əsasında formalaşan düşüncənin əsəridir:

 

“İran fars höküməti ilə gərginləşən münasibətlər kontekstində bəlli oldu ki, Azərbaycanda Stalin -Bağırov Bütöv Azərbaycançılığı mənimsənilib. Ona görə də buradan televizyalara, dostlarıma  müraciət edirəm: Cənubi Azərbaycan deməyin.  Güney Azərbaycan deyin. Vətən sözlərdən, qavramlardan başlanır. Təkcə Azərbaycanın güneyi bizim deyil, bütün İran Türklərin əsəridir”.

 

Y.Qaraqoyunlu qeyd edib ki, İranda çoxluq türkdür. O tarixi faktlara istinad edərək, bildirib ki, 1925 də İngilislər Fars millətini, milli kimliyini inşa etdilər və İranı fars dövlətinə çevirdilər:

 

"İranı fars dövlətinə çevirən bütün elmi konsepsiyalar, tarixi -dini əsaslandırmalar, ideologiyalar saxtadır, təkzib oluna biləndir. Türklər İranda çoxluqdur, farslardan güclüdür və mədənidir. İrandakı türk olmayan xalqları və qrupları harmoniya və uyum içində idarəetmə yetənəyinə sahibdir və farslardan daha yaxşı idarəçidirlər. Tarixi təcrübə göstərir ki, farslar irqçi, şovinist təsəvvürləri ilə son yüzillikdə İrana böyük zərbələr vurdular. Fars adlı bir millət də tarixdə olmamışdır, yapaydır və İngilislər İran Platosunu ələ keçirmək üçün  Səlçukluların Xorasandan gətirdikləri dəri dilini mərkəz almaqla çeşidli İran dilli qrupları Fars adı altında  birləşdirilərək  əski Sasanlı dövlətini diriltməsi planından başqa bir şey deyil. Türklər idarəçilikdə  mərkəzçidir və xoşgörülü uzlaşdırıcıdır. İranda Türk dövləti bərpa olunmalıdır. Farslar da o biri azlıqlar  kimi bu bölgədə yaşaya bilərlər. 

Qacarlar İranı 4 inzibati əyalətə bölmüşdülər: Fars, Xorasan, Kirman, Azərbaycan. Bütöv Azərbaycan mərkəzində millət kimi  Türk, coğrafiya kimi Azərbaycan Türklərin kompakt yaşadığı bölgədir. Qafqazı və Anadolunu İran platosuna bağlayan kilid bölgədir. Qacar vəliəhdləri öncə  Azərbaycanda yetişdirilirdi. Türklər mərkəzi bütöv Azərbaycan olmaqla bütün İran platosuna sahib olma haqqına malikdir. Türklər İran platosunun hər yerində, bütün bölgələrində yaşayırlar və İrandakı tarixlərinin 7 min il yaşı var. Bizim davamız  təkcə Vətən, coğrafiya-Bütöv Azərbaycan) davası deyildir, həm də Türk - Millət davasıdır. Türk millətinin İran platosundakı min illik dövləti əlindən alınmışdır, qəsb edilmişdir. Bərpa olunmalıdır”.

 

Tarixə Qısa nəzər salmaqla Y.Qaraqoyunlu Türklərin iki davasının olduğunu deyib: - Parçalanmış Azərbaycan torpaqlarını birləşdirmək. Bütöv Azərbaycan qurmaq, İran Platosunda Türk Dövlətçiliyini bərpa etmək. Onun fikrincə, Azərbaycan-Türk teorisyenləri, ideoloqları, strategləri, Türk dövlət ağlı bu iki davanı, ideyanı, məqsədi-tarixi, mədəni, hüquqi, siyasi, strateji konsept kimi işləməli, əlaqələndirməli, uzlaşdırmalıdır:

 

“İran adlanan plato Ərəb yarımadasını-Qafqazı-Xorasanı-Anadolunu-Hindistanı bir -birinə bağlayan tarixi, kültürəl, iqtisadi kilid nöqtəsidir, Turanın mərkəzidir,  Türklərin  tarixi Hinterlandıdır, Həyat məkanıdır. Türklər bu platonu sahiblənməzsə, İranı  bölüb parçalayan Amerika-İzrail-Rusiya stratejilərinə uduzarsa, Batı İmperializmi hər zaman Turanın içində, qəlbində, mərkəzində  İran-Aryan çatlaq mifini diri tutacaqdır. Turanın mərkəzindəki İran -Aryan mifi  tarixə gömülməsə, İran -Turan mədəniyyətlər savaşı dirildiləcəkdir. Əslində dirildilmişdir də. Türklər İran Platosuna-Türk həyat məkanına sahiblənməzlərsə, bunu bacarmazlarsa o zaman  Turan mərkəzindən, ürəyindən vurulmuş olacaq. Türk İrana sahiblənmək məcburiyyətindədir.

İran tarixinin və strategiyasının, coğrafiyasının, mədəniyyətinin  təhlilində və  dəyərləndirilməsində Batı imperializminin, İngilislərin,  Avropasentrist-Hind Avropa mərkəzli Aryan tezisindən, baxış acısından, eyni zamanda Rusiya imperiya maraqlarına xidmət edən tarix hafizəsindən imtina edilməlidir. İranın fars mərkəzli Batı və Rus yorumlarından imtina edilməlidir. İranın Türk yorumu, Türk dəyərləndirilməsi, Türk mərkəzli izahı, baxışı, konsepti yaradılmalıdır. Bölgəyə və Dünyaya Türk mərkəzli baxış sərgiləmək zamanı gəlmişdir. İranda Türk mərkəzli baxış strategiyası meydana qoyulmalıdır. Türk Milləti, Türk irqi İrana sahib olmalıdır. İran Turanın bir parçasıdır”.

 

Pakizə Babazadə
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

"Amma ermənilər Şuşaya, Kəlbəcərə atəş açanda ruslar susurlar"

"Şükür ki, Azərbaycan tərəfindən sülhməramlıların mandatı imzalanmayıb"

"Müddət 5 ildən artıq uzadılsa, onların daha ağır düşmən hərəkətlərini görə bilərik"

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

Prezidentdən mühüm mesajlar – TƏHLİL

"Rusiyanın da, Ermənistanın da müdaxilələrini sıfırlamalıdır"

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular