“İsraildə Azərbaycan səfirliyinin təsis edilməsini dəstəkləyirik və...”

22:21 24-11-2022 | icon 73 | Siyasət
“İsraildə Azərbaycan səfirliyinin təsis edilməsini dəstəkləyirik və...”

 

 

 

“Azərbaycan öz müstəqilliyini bərpa etdiyi zaman İsrail ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ötən dövr ərzində bu dövlətlə Azərbaycan arasında münasibətlər müsbət dinamika üzrə inkişaf edir. Qarabağ savaşında İsrailin Azərbaycanın haqlı davasına dəstək verdiyini nəzərə alsaq Milli Məclisin bu qərarını kecikmiş hesab etsək də,  düzgün addım kimi dəyərləndiririk. Partiya sədri bildirib ki, eyni zamanda Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin açılması ilə bağlı qərarını da təqdir edirik”.

 

 

Versus.az xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu regionda baş verən gərginliklər fonunda İsraildə Azərbaycan səfirliyinin açılması qərarı ilə bağlı partiyanın mövqeyini açıqlayarkən bildirib.

 

Partiya sədri eyni zamanda bu gün İranda baş verən hadisələrə diqqət çəkib. O, İranda baş verən kütləvi xalq hərəkatı zamanı insanlara qarşı aşırı gücün tətbiq edilməsi, yüzlərlə aksiya iştirakçısının öldürülməsi, onlarla aksiya iştirakçısı barəsində ölüm hökmü qərarı çıxarılması faktlarını kəskin tənqid edib.

 

S.Cəlaloğlu, partiya idarə heyətinin İran hakimiyyətini vətəndaşlarının, o cümlədən Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquq və azadlıqlarına hörmət etməyə və insanlara qarşı amansız repressiya siyasətindən imtinaya çağırdığını deyib.

 

“Beynəlxalq ictimaiyyət İranda baş verən insanlıq dramına seyrçi qalmamalı, İran hökumətini dinc insanlara qarşı amansız rəftardan çəkindirməlidir”.

 

 

S.Cəlaloğlu eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində Rusiya “sülhməramlıları”nın nəzarət etdiyi ərazidə ötən həftə ərzində erməni separatçı qrupu tərəfindən Azərbaycan silahlı qüvvələrinə qarşı təxribatçı hərəkətlərin edilməsini, müdafiə xarakterli səngərlərin qazılmasına çalışmalarını, o cümlədən separatçıların məskunlaşdığı Azərbaycan ərazisində qondarma “referendum” keçirməyə hazırlaşmalarını önə çəkib. O, bildirib ki, baş verənlər bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir ki, bunun da arxasında Rusiyanın çirkli niyyəti dayanır.

 

“Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü və suverenliyinə təhlükə yaradan bu tipli addımlara qarşı adekvat cavab verməlidir. Lazım gələrsə, həmin ərazidə antiterror əməliyyatları keçirməlidir”.

 

Ləman

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?