“Azərbaycan İran cəsus şəbəkəsinə operativ cavab verir”

14:41 21-11-2022 | icon 31 | Geopolitika
“Azərbaycan İran cəsus şəbəkəsinə operativ cavab verir”

 

 

“Azərbaycanın həmişə İranla humanitar əlaqələri olub və bunu inkişaf etdirməkdə maraqlıyıq. İran bu əlaqələrin üstündən xətt çəkir. Hətta Azərbaycana qarşı Ermənistanla birgə cəbhə yaratmaq marağını ortaya qoyub”.

 

 

Bunu Versus.az-a politoloq, YAP idarə heyətinin üzvü  Asif Əsgərli İranın Azərbaycandakı cəsus şəbəkələrinin yaratdığı təhdid və bunlara qarşı DTX-nin gördüyü işlərlə bağlı açıqlamasında bildirib.

 

 

A.Əsgərli hesab edir ki, İranın Azərbaycandakı cəsus şəbəkəsinin Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən aşkarlanması və  xüsusi tədbirlərin görülməsi təqdirəlayıq bir haldır. Onun sözlərinə görə İranın ölkəmizə qarşı cəsus fəaliyyəti ilə bağlı bir sıra faktlar ki, zaman-zaman üzə çıxıb. 

 

“İran xəfiyyəsi vaxtilə Azərbaycanda müxtəlif qrumları, QHT-ləri, tanınmış din xadimlərini öz tərəflərinə çəkib. İranın Nardaran hadisələrində canfəşanlığı, Azərbaycanın daxilində belə bir “münaqişə ocağı” yaratmaq cəhdləri, din, məzhəb pərdəsi altında qarşıdurma cəhdləri hər kəsə məlumdur. Təbii ki, Azərbaycan hüquq-mühafizə, təhlükəsizlik orqanları bu təxribatların qarşısını aldı.  Bu faktlar özü onu göstərir ki, İran qonşu dövlətlərin bir-birinə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərini tamamilə pozub. İran bu prinsipləri pozmaqla yanaşı, özünə sərf edən şəbəkənin, təxribatçı dəstənin formalaşması siyasətinin dövlət siyasəti olduğunu göstərir. İran həmişə İraqa, Suriyada, Yəməndə, Livanda, Əfqanıstanda terrora dəstək verib. İran üçün qonşu ölkələrin daxilində qarşıdrma yaratmaq maraqlıdır və Azərbaycanda da belə cəhdlərdə bulunurlar. Lakin Azərbaycan İran cəsus şəbəkəsinə operativ cavab verir. Bu Azərbaycan güc strukturlarının çevikliyinin göstəricisidir və daim təxribatlara qarşı hazır olduğunu göstərən faktordur”.

 

Politoloq bildirib ki, Azərbaycan İranla qonşuluq, bir-birinin daxili işinə qarışmamaq prinsipini əsas götürür. Hətta Ermənistanın özünə belə sülh əlini uzadır ki, bölgədə problemlər tezliklə həllini tapsın.

Azərbaycanın heç bir zaman İranla konfliktinin olmadığını deyən A.Əsgərli, bunu bu qonşu dövlətlə tarixi – mədəni bağlılığımızla əlaqələndirib və Azərbaycan dövlətinin bu əlaqələri daim qorumaq və inkişaf etdirməkdə maraqlı olduğunu önə çəkib.

“Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər başlayan vaxtı Azərbaycan İran dövlətinə biz başqa məsələlərdə əl uzatdı. Zəngəzur dəhlizi formatını daha da şaxələndirmək üçün hətta Cənubi Zəngəzur, İran ərazisindən keçməklə  Azərbaycanın qərb bölgələrinin Zəngilana qədər olan kommunikasiyaların İran ərazisinə daxil olması, oradan yenidən Naxçıvana daxil olub, Türkiyəyə qədər getməsini təklif etdi. Ancaq təəssüflər olsun ki, İran Azərbaycanın bu dostluq əlini tutmadı və daxili işlərimizə qarışmaqla təxribata, ekstermizmə rəvac vermək üçün öz cəsus şəbəkəsini formalaşdırmaqla faəliyyətini gücləndirmək istəyir. Amma bilsin ki, Azərbaycan həmişə buna adekvat cavabını verəcək”.

 

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi