Bu gün son yarımfinalçılar bəlli olacaq


Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
Versus.Az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.
Günün ilk oyununda “Turan Tovuz” “Kəpəz”i qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Gəncədəki oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.
Digər matçda isə “Neftçi” və “Zirə” komandaları üz-üzə gələcəklər. “Bakcell Arena”dakı görüş saat 19:00-da başlayacaq. “Qartallar” evdəki ilk oyunda minimal hesabla qalib gəliblər - 1:0.
Bu iki cütün qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
20 dekabr (çərşənbə axşamı)
14:00. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu.
İlk oyun - 2:1
19:00. “Neftçi” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bakcell Arena”.
İlk oyun - 0:1
Qeyd edək ki, daha əvvəl “Qəbələ” “Qarabağ”ı, “Səbail” isə “Sabah”ı mübarizədən kənarlaşdıraraq yarımfinala adlayıb.

Xəbər lenti

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”
"Media Reystri mətbuatımızı xarici ölkə agenturasından xilas edəcək yeganə vasitədir”