10 Noyabr Bəyanatının müddəaları yerinə yetirilməyənə qədər DAVAM

13:54 20-12-2022 | icon 230 | Qarabağ
10 Noyabr Bəyanatının müddəaları yerinə yetirilməyənə qədər DAVAM

Milli Məclisin iclasında deputat Mahir Abbaszadə Şuşa-Xankəndi yolundakı aksiyalardan danışıb.

 

O, bildirib ki, 10 Noyabr Bəyanatının müddəaları icra edilməlidir:

 

“Hesab edirəm ki, bundan sonrakı müddətdə də 10 Noyabr Bəyanatının müddəaları tamamilə yerinə yetirilməyənə qədər bu mitinqlər, etirazlar davam etdirilməlidir”. 

 

Millət vəkili qeyd edib ki, Azərbaycanın Qarabağda təbii sərvətlər üzərində hüquqi hakimiyyəti bərpa olunmalı və burada monitorinqlər keçirilməlidir:

 

“Azərbaycana qarşı indiyə qədər aparılmış iqtisadi cinayətkarlığın qarşısı alınmalıdır”. 

 

Qeyd edək ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, həmçinin ictimai-siyasi fəallar Şuşa-Xankəndi yolunda aksiya keçirir. 9 gündür davam edən aksiyada etirazçılar Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovun əraziyə gəlib suallara cavab verməsini tələb edirlər. 

 

Aksiyaçılar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı etiraz edirlər. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf