Şəfiqə Məmmədova yenidən sədr seçildi

14:07 20-12-2022 | icon 274 | Mədəniyyət
Şəfiqə Məmmədova yenidən sədr seçildi

Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri seçilib.

 

Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı məlumat verib.

 

İttifaqda Nizamnaməyə uyğun olaraq növbəti ümumi yığıncaq keçirilib. İttifaqın sədri Şəfiqə Məmmədova geniş hesabat məruzəsi ilə çıxış edib.

 

Ötən müddətdə ARKİ-də həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub, perspektiv plan müəyyənləşdirilib. Belə ki, 2023-cü ildə ilboyu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin, Azərbaycan kinosunun 125, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 100 illik, görkəmli kinorejissor Rasim Ocaqovun 90 illik yubileylərinin keçirilməsi, eləcə də tanınmış kino xadimləri ilə bağlı və digər önəmli tədbirlərin reallaşdırılması qərara alınıb.

 

Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən yenidən ARKİ İdarə Heyətinin sədri seçilib. ARKİ İdarə Heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub. Sonra İdarə Heyəti üzvləri arasından doqquz nəfərdən ibarət Katiblik seçilib. Şəfiqə Məmmədova yenidən sədr seçilməsi ilə bağlı göstərilən etimada görə təşəkkürünü bildirib və qarşıdakı dövrdə də ona bəslənilən ümidləri var qüvvəsi ilə doğruldacağına əmin edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Məhkəmədə etiraf

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Daşaltı əməliyyatının 31-ci ili