"Yeni doğulan qız uşaqlarına sosial müavinət verilsin"

15:48 20-12-2022 | icon 573 | Gündəm
"Yeni doğulan qız uşaqlarına sosial müavinət verilsin"

Zahid Oruc: "Ölkədə Ailə Məsələləri Nazirliyi yaradılmalıdır"

 

Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc yeni doğulan qız uşaqlarına sosial müavinətin verilməsini təklif edib.

 

Versus.Az xəbər verir ki, Zahid Oruc bu təklifini demoqrafik balansın qorunmasının vacibliyi ilə əsaslandırıb.

 

Zahid Oruc bildirib ki, ölkədə Ailə Məsələləri Nazirliyi yaradılmalıdır.

 

“Qadınların rolunun artırılması üçün bu qərar lazımdır. Ölkədə ailə psixoloqu mütəxəssislərinin hazırlanmasını vacib məsələyə çevrilir”,- deyə Zahid Oruc əlavə edib.

 

O bildirib ki, baş verən intihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, ailələrdə stressin idarə olunması, zorakılığın azaldılması ilə məşğul olan sosial işçilər, psixoloqlar korpusunun formalaşdırılması ilk addımlar sırasında olmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ölkəmizdəki canlı MİNALAR

Putin Vardanyanı dəstəkləmir

Səfirliyimizə hücum edən terrorçu Azərbaycana gətiriləcək?

Döş qəfəsində ağrı nədən xəbər verir?

İranda molla rejimi əleyhinə aksiyalar genişlənib

Riyaz Sarıkahya İlham Əliyevə başsağlığı verib

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə müzakirə olunub

Gözəlliyin gətirdiyi risklər

Ağdam rayonunun Kosalar kəndi

Məsciddə kamikadze özünü partlatdı

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

Erməniəsilli şəxslər Xankəndiyə aparılıb

İranın Azərbaycana tarixi münasibəti-Açıqlama