“Dostluq Meşəsi” Kompleksində ağacəkmə tədbirləri keçirilir

12:27 21-12-2022 | icon 253 | Qarabağ
“Dostluq Meşəsi” Kompleksində ağacəkmə tədbirləri keçirilir

Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunda yaradılan “Dostluq Meşəsi” Kompleksində ağacəkmə tədbirləri mövsümün əvvəlindən etibarən davamlı şəkildə həyata keçirilir.

 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, həm “Dostluq meşəsi” sahəsində, həm də işğaldan azad olunmuş ərazilərin əsasən mürəkkəb relyefli, sərt yamaclarında gündəlik olaraq ağacəkmə tədbirləri keçirilir, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Nazirliyin tinglik sahələrində yetişdirilən ağac tingləri əkilir, toxumlar səpilir, həmçinin əkinlərdə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürlüyü tərəfindən ölkəmizə göndərilən 1000-dən çox ağac tingindən istifadə olunur.

 

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürlüyünün birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin yekununda “Dostluq Meşəsi” və ətraf ərazilərdə, ümumilikdə 65 hektar sahədə 40 min tingin əkilməsi planlaşdırılır”.

 

Xidmət rəsmisinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə/Qarabağ Tədbirlər Planı çərçivəsində həyata keçirilən layihələrdən biri Cəbrayıl rayonunda “Dostluq Meşəsi” Kompleksinin yaradılması olub.

 

“Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi sahəsində də uğurla inkişaf etdiyini göstərən bu layihənin məqsədi yaşıllıqların artırılması, ətraf mühitin sağlamlaşdırılmasıdır”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb