"Vardanyanın Qarabağda peyda olması səbəbsiz ola bilməz"

14:35 21-12-2022 | icon 269 | Qarabağ
"Vardanyanın Qarabağda peyda olması səbəbsiz ola bilməz"

 

Rusiya və Ermənistan vətəndaşı, erməni milyarderi Ruben Vardanyanın II Qarabağ savaşından sonra qeyri-qanuni yollarla Azərbaycana keçib, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında göstərdiyi fəaliyyət erməni separatçılığını genişləndirməklə yanaşı, bölgədə gərginliyi artırmaqda davam edir. Üçtərəfli sazişə əsasən erməni silahlıları ərazilərimizdən çıxarılmalı olduğu halda, rus sülhməramlılarının himayəsi altında Laçın yolundan ərazimizə keçən Vardanyan erməni xalqını müharibəyə, aksiyalara, ölkəmizə qarşı hədyanlarla dolu addımlar atmağa sövq edir. Ona görə də, Ermənistanla sərhəddə atəşkəsin pozulması bir kənara, daxilimizdə Qarabağda qalan erməni tör-töküntüləri atəşkəsi pozmaqla 2 ildir əldə olunmasına çalışdığımız sülh prosesinə əngəllər yaradır. Əgər Vardanyan üçtərəfli sazişin tələblərinin ziddinə olaraq qeyri-qanuni yolla, Azərbaycan sərhədlərini pozubsa, Qarabağa gəlib orda ekoloji terrora rəhbərlik edirsə, Azərbaycan qanunlarına zidd addımlar atırsa, buna qarşı hansı hüquqi addımlar atılmalıyıq. Bu gün qeyri-qanun yollarla qazandığı pullar hesabına Qarabağda kök salmağa çalışan separatçı Vardanyan amili necə zərərsizlədirilməlidir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən YAP idarə heyətinin üzvü, politoloq Asif  Əsgərli bildirib ki, Ruben Vardanyan Rusiyada varlanmasına baxmayaraq, onun adı Qərb dairələrində çirkli vəsaitlərin yuyulması, terrorçu və separatçılara dəstəkdə hallanır.

 

“Qərb institutları Vardanyanın Ukrayna məsələsində Luqansk, Donetski separatçılarına dəstək verməsini zaman-zaman araşdırıb. Vardanyan Rusiya və Ermənistanın  ikili vətəndaşlığına malikdir.  Bu adamın birdən-birə Qarabağda peyda olması səbəbsiz ola bilməz. Bu gün məhz Azərbaycan ekoaktivistlərinin, vətəndaş cəmiyyəti fəallarının keçirdiyi aksiyaların səbəbi Qarabağda bizim nəzarətimizdə olmayan Rusiyanın müvəqqəti dislokasiyası olan ərazilərdə bir neçə faydalı filiz yataqlarının qeyri-qanuni mənimsənilməsi faktıdır. Çoxlarında belə təsəvvür yaranıb ki, Vardanyan Qarabağda qazandığı pulları ermənilərə paylayacaq. Əslində heç də belə deyil.  Vardanyan Qarabağda yeraltı sərvətlərimiz hesabına özü üçün sərvət əldə eləmək istəyir”.

 

A.Əsgərli hesab edir ki, vardanyanların Qarabağda törətdiyi cinayətlərin qarşısını almaq üçün Azərbaycanın atacağı bir sıra addımlar var.  

Politoloq hesab edir ki, bu gün ekoaktivistlərin Laçın-Xankəndi yolunda başladığı aksiya bu addımlardan biri kimi dəyərləndirilə bilər?  Onun fikrincə, artıq Rusiya sühməramlılarının komandanı, Rusiya tərəfi  Azərbayacanın mövqeyini anlayacaq. 

“Azərbaycan sülməramlıların məsuliyyət zonasında olan ərazilərimizdə monitorinq aparıb yeraltı sərvətlərimizin talamasının qarşısını alandan sonra Vardanyan kimiləri Qarabağda qalmayacaq.  Talançılıq etmək üçün özünə başaqa axtaracaq. Onun Qarabağdakı fəaliyyəti üçtərəfli bəyanata ziddir. Rusiya Vardanyanın Qarabağa gəlməsinə ona görə şərait yaradıb, separatçı tör-töküntüləri maliyyələşdirsin. Vardanyan isə bu kimi işlərə ona görə vəsait qoyur ki, həm də qazanc götürsün”.

A.Əsgərli hesab edir ki, Azərbaycan təkcə Vardanyan  kimilərinə qarşı deyil, digər erməni separatçı çinayətkarlarına qarşı da beynəlxalq axtarış elan etməlidir. Şübhəsiz ki, Vardanyan da cinayət məsuliyyətinə cəlb olunmalı, barəsində cinayət axtarışı elan olunmalıdır.

Politoloq hesab edir ki, problemin həllinə köklü təsir edən əsas məqam Azərbaycanın Laçın yolunda tam nəzarət buraxılış məntəqəsini, gömrük sistemini, sərhəd mühafizə xidmətini yaratması və fəaliyyət göstərməsindən sonra baş verəcək.

“Bu, Vardanyan və onun kimilərinin bu ərazidə fəaliyyətini tamamilə məhdudlaşdıracaq. Ən son variant olaraq Azərbaycan problemin həllinə həmin ərazilərdə antiterror əməliyyatı aparıb, terrorçu qruplaşmaları, onları maliyyələşdirən vardanyanlara qarşı qəti tədbirlər görməklə nail ola biləcək”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb