"İranda rejim dəyişikliyinin son mərhələsidir" -açıqlama

14:52 21-12-2022 | icon 574 | Geopolitika
"İranda rejim dəyişikliyinin son mərhələsidir" -açıqlama

İranda etirazlar səngimir. Artıq aylardır davam edən etiraz aksiyalarının fonunda bugünkü mövcud vəziyyət müxtəlif aspektlərdə təhlil olunur, oxşar mövqelər ortaya çıxır.

 

İranda son durum hansı istiqamətdə inkişaf edir, rejim nə vaxta qədər dirəniş sərgiləyəcək? Güney Azərbaycan bu prosesdə nə dərəcədə aktivlik nümayiş edir?

 

 

Versus.az xəbər verir ki, Ümid Partiyası sədrinin müavini Tamilla Qulami  bildirib ki, İrandakı hazırki vəziyyət əvvəlki günlərdən heç nə ilə fərqlənmir. Onun fikrincə, məsələlərə bir qədər geniş aspektdən baxılmalıdır.

 

“İranda baş verənləri situativ dəyərləndirmək doğru deyil. Aksiyalar bu gün var, sabah olmaya da bilər, yaxud bir gün yüksələn xətlə inkişaf edər. Məsələ bundadır ki, İran daxilində proses başlayıb və o proseslər bu ölkəni heç də yaxşı yerə aparmır. Bu vəziyyət, eyni ilə SSRİ-nin dağılması prosesinə bənzəyir. O zaman da mitinqlər bir gün keçirilir, bir ay dayanardı. Amma hər kəs bilirdi ki, SSRİ-nin daxilində çox ciddi proseslər gedir. Bu gün analoji hal olaraq, İran daxilində rejimin dəyişdirilməsi istiqamətində ciddi proseslərin şahidiyik”.

 

T.Qulami qeyd edib ki, İranda bununla yanaşı milli kimlik, milli istiqlal uğrunda da savaş aparan qruplar var ki, bu qrupların da başında Güney Azərbaycan türkləri dayanır. Güney Azərbaycan türkləri daha çox xaricdə təşkilatlanma və ekstremal vəziyyətlərdə masa ətrafında söz sahibi ola biləcək hüquqi statusa malik bir qurumun yaranması üzərində işləyir.

 

T.Qulami hesab edir ki, bütün baş verənlərin fonunda rejimin nə vaxta qədər duruş gətirəcəyini proqnozlaşdırmaq dünyada və daxildə baş verənlərin fonunda çox çətindir.

 

1985-ci ildə SSRİ-nin sonuncu rəhəbri Qorbaçov hakimiyyətə gələndə kimsə “bu sistem 3-5 ilə dağılacaq”- deyə bəyanat verə bilməzdi. SSRİ 6 il sonra dağıldı, 1991-ci ilin dekabrında Belovej sazişi ilə buraxıldı və Qorbaçov portfelsiz qaldı.

İranda da bu vəziyyətin nə vaxta qədər çəkəcəyini tam dəqiq olaraq proqnozlaşdıra bilmərik. Amma olan budur ki, İranda rejim dəyişikliyinin, mübarizənin son mərhələsidir və bu mübarizə mütləq rejimin dəyişdirilməsi və onun ardınca da xalqların istiqlaliyyəti ilə nəticələnəcək”.

T.Qulami Güney Azərbaycanlılarla sıx əlaqədə olan bir təşkilatın səlahiyyətlisi olaraq qeyd edib ki, hazırda azərbaycanlı soydaşlarımızın durumu yaxşıdır.

“ Güney azərbaycanlıları aktivlik dərəcəsinə görə digər millətlərdən irəlidirlər. Bu gün kürd hərəkatını daha aktiv hesab etsələr də, bu, üzdə görünən tərəfdir. Toplum olaraq, azərbaycanlıların sayı, indiyədək milli kimliklərinin qorumaqları və prosesə yön verməkləri Güney Azərbaycanla bağlıdır. Güney Azərbaycan mütləq bu məsələlərdə ən yüksək mövqeni əldə edəcək”. (hafta.az)

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb