“Xankəndidə üçrəngli bayrağın dalğalanması an məsələsidir”-açıqlama

15:30 21-12-2022 | icon 315 | Siyasət
“Xankəndidə üçrəngli bayrağın dalğalanması an məsələsidir”-açıqlama

 

 

44 günlük müharibədən 2 il keçsə də, üçtərəfli sazişdən sonra erməni separatçılarını Qarabağdan çıxarmaqla bağlı öhtəlik götürən Rusiya və Ermənistan nəinki bu şərtləri yerinə yetirmir, əksinə, daha da irəli gedərək Azərbaycanın  hələ ki, nəzarətində olmayan ərazilərindəki yeraltı sərvətlərini talayır, torpaqlarımızda ekoloji terroru davam edir. Rus sülhməramlılarının erməni separatçılarının ekoloji cinayətlərinə göz yumması və Azərbaycan nümayəndələrinin öz ərazilərimizə buraxılmaması ölkə ictimaiyyətinin əsəblərini tarıma çəkib. Üçtərəfli sazişin şərtlərini yerinə yetirməyən Rusiya slhməramlıları və Ermənistan nəinki ilin sonuna qədər sülh sazişini bağlamağa hazırdır, əksinə, hətta yeni işğal faktını ortaya qoyur. Azərbacan dövlətinin suverenliyi və təhlükəsizliyi daha ciddi şəkildə təhdid altına düşüb. Ölkə ictimaiyyətinin dekabrın 11-dən Laçın-Xankəndi yolunda başladığı aksiyaların inkişaf edərək ilin sonuna qədər Xankəndi və nəzarətimizdə olmayan digər ərazilərdə  Xocalı, Ağdərə, Xocavənddə Azərbaycan bayraqlarının dalğalanmasını labüd edir. Yaranmış gərgin vəziyyətlə bağlı səbr kasası dolan Azərbaycan ictimaiyyəti artıq yeni ilə qədər ərazilərimizdə qalan ermənilərin qanuna tabe olmasını, erməni silahlılarının çıxarılmasını məsələnin həlli üçün ən mühüm sualı ortaya qoyur: Xankəndidə və Xocalıda Azərbaycan bayrağı nə vaxt qaldırılacaq?

 

 

“Xankəndində yurisdiksiyamızın bərpası, üçrəngli bayrağın dalğalanması an məsələsidir”

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlamasında bildirib ki, Konstitusiyanın 28-ci maddəsində təsbit olunan azadlıq hüququnun ən vacib meyarlarından biri qanuni şəkildə ölkədə olan şəxslərin sərbəst hərəkəti ilə bağlıdır. Onun sözlərinə görə, analoji hüquqi mövqe eyni zamanda bütün beynəlxalq aktlarda təsbit olunub və bu mənada sülhməramlıların vətəndaşlarımızın Azərbaycanın suveren əraziləri daxilində hərəkətinə maneə törətməsi həm dövlətdaxili, həm də beynəlxalq hüquqa ziddir:

 

“Daha geniş çərçivədə yanaşsaq, Rusiya sülhməramlılarının davranışları çox təhlükəli tendensiyalardan xəbər verir. İlk növbədə sülhməramlılar separatçıları açıq formada müdafiə etməklə, tərəfsiz sülh missiyası olmadığını, Xankəndidəki mütəşəkkil cinayətkar - terrorçu qruplaşmaya himayədarlıq etdiyini göstərdi.

 

İkincisi, sülhməramlılar separatçıları yalnız müdafiə etmir, həm də Azərbaycanın sərvətlərinin talanmasına ən azından göz yummaqla bu cinayətə ortaq olurlar. Üstəlik, vətəndaş cəmiyyətinin nümayəndələri və media mənsublarını talanan ərazilərimizə buraxmamaqla prosesdə sülhməramlıların özlərinin maraqlı tərəf olduğu qənaətini formalaşdırır.

Bütün bunlar təbii ki, sərvətlərimizin cinayətkarcasına talanmasının davam etməsinə şərait yaradır, Azərbaycan və Ermənistan arasında ziddiyyəti daha da dərinləşdirərək sülh perspektivinə zərbə vurur. Açıq desək, bu gün sülhməramlılar bölgədə sülh prosesinin, vətəndaş cəmiyyətləri arasında birbaşa dialoqun qarşısında əsas maneəyə çevrilib. Xankəndi və ətraf ərazilərdə yaşayan erməni vətəndaşlarımız bunu nə qədər tez başa düşsələr bir o qədər yaxşı olar. Çünki yaxın tarix - 44 günlük savaş, Fərrux və Qisas əməliyyatlarının timsalında hər kəs gördü ki, Azərbaycanın qarşısında nə sülhməramlılar, nə də digər hər hansı üçüncü tərəf dayana bilmədi və bundan sonra da separatçıları da, Ermənistanı da Azərbaycanın dəmir yumruğundan kimsə xilas edə bilməyəcək. Yəni bu mənada Xankəndidə yurisdiksiyamızın bərpası, üçrəngli bayrağın dalğalanması an məsələsidir”.

 

 T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf