“Tezliklə Xankəndində, Xocalıda bayrağımız dalğalanacaq”-açıqlama

 

15:37 21-12-2022 | icon 450 | Qarabağ
 “Tezliklə Xankəndində, Xocalıda bayrağımız dalğalanacaq”-açıqlama
 

 

 

 

Azərbaycan ictimaiyyət nümayəndələrinin başadığı dinc aksiya, bütün ərazilərimizdə nəzarətin təmin olunması yönündə gedən prosesin davamıdır. Mövcud vəziyyət Qarabağda müsbətə doğru ciddi dəyişikliklərin olacağını göstərir.

 

 

Bunu Versus.az -a hərbi ekspert Elxan Şıxəliyev 9 gündür Laçın – Şuşa-Xankəndi yolunda davam edən dinc aksiyalarla bağlı bildirib. 

 

 

Ekspert hesab edir ki, mövcud durum Azərbaycan ictimaiyyətini deyil, Qarabağdakı erməni separatçılarını, eləcə də sülhməramlıları narahat etməlidir.

 

"Çünki Azərbaycan Qarabağ məsələsinin bitdiyini ən yüksək kürsülərdə elan edib və digər etnik xalqlara olduğu kimi orada yaşayan erməni vətəndaşlarına da eyni münasibət sərgilənəcəyini bildirib. Yəni daxilində olan məsələləri Azərbaycan özü həll edəcək. Bunun üçün də hələ ki, Azərbaycan ictimaiyyəti aksiyada erməni vətəndaşlarını sülhə gəlməyə dəvət edir və ərazilərimizdə ekoloji terrora son qoyulması üçün rus hərbi kontingentinin rəhbəri general-moyor Volkovla görüş tələblərini davam edirlər. Çünki 44 günlük savaşda darmadağın edilən məğlub bir ölkənin özlkəmizə qarşı revanşist çıxışlar etməsi ağıllı davranış deyil və ermənilər bu barədə bir daha düşünməldir”.

 

E.Şıxəliyev bildirib ki, dinc aksiya əslində erməni vətəndaşlarımıza düşünmək fürsətini verir. Onun fikrincə, Ermənistan və erməni separatçıları 44 günlük savaşda hansı məğlubiyyətlə üzləşdiklərini, eləcə də sülhməramlıların nəzarət zonasında olan Fərruxda keçirilən əməliyyatlarda hansı aqibətlə üzləşdiklərini yada salmalıdırlar.

 

“Azərbaycan öz torpaqlarını işğaldan azad edib və öz ərazilərində kimlərinsə bizə diqtə etməsinə imkan verməz. Bu gün diqtə edən tərəf Azərbaycandır. Azərbaycanın 8 gün dinc aksiyasına qarşı tərəfdən konstruktiv cavab verilməsə, baş verə biləcəklər sülhməramlıların və Ermənistanın məsuliyyəti üzərində qalacaq. Bu gün prosesin hansı istiqamətdə inkişaf edəcəyi erməni və sülhməramlıların davranışınma bağlıdır. Ya erməni separatçıları silahı yerə qoyub sülhə gələcək, ya da Azərbaycan öz ərazilərini antiterror əməliyyatı ilə təmizləmək hüququnu özündə saxlayır”.

 

Qarabağda baş verən proseslərin fonunda E.Şıxəliyev Xankəndində, Xocalıda və digər hələ ki, nəzarətimizdə olmayan ərazilərdə tezliklə Azərbaycan bayrağının dalğalanacağına əmin oduğunu dedi. Onun fikrincə, bu gün Laçın yolunda davam edən aksiyalar həmin vaxtı yaxınlaşdırır.

 

“Laçın yolunda nəzarəti ələ almalı və həmin yoldan Qarabağda qalan erməni terrorçularının qidalandırılmasına imkan verməməliyik.  Eləcə də Rusiya üçtərəfli sazişin müddüəlarını yerinə yetirməlidir. Əks halda, Azərbaycan öz ərazilərində haqq ədaləti özü bərpa etməlidir və edəcək”

 

 Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ölkəmizdəki canlı MİNALAR

Putin Vardanyanı dəstəkləmir

Səfirliyimizə hücum edən terrorçu Azərbaycana gətiriləcək?

Döş qəfəsində ağrı nədən xəbər verir?

İranda molla rejimi əleyhinə aksiyalar genişlənib

Riyaz Sarıkahya İlham Əliyevə başsağlığı verib

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə müzakirə olunub

Gözəlliyin gətirdiyi risklər

Ağdam rayonunun Kosalar kəndi

Məsciddə kamikadze özünü partlatdı

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

Erməniəsilli şəxslər Xankəndiyə aparılıb

İranın Azərbaycana tarixi münasibəti-Açıqlama