"Laçın yolunun üzərində yeni şərtlər yaranacaq"-Açıqlama

16:40 16-12-2022 | icon 61 | Qarabağ
"Laçın yolunun üzərində yeni şərtlər yaranacaq"-Açıqlama

 

 

“Artıq 4-cü gündür ki, Azərbaycan ekoaktivistləri Xankəndi yolunda dinc aksiya keçirir. Məlumdur ki, bu aksiyalar separatçı rejimin, Rusiya sülhməramlılarının çətiri altında bizim monitorinq heyətinin ərazilərdə hərəkətini məhdudlaşdırması səbəbi ilə başladı. Bu bir dinc aksiyadır və dünyanın heç bir yerində belə aksiyaların silahla qarşılığı verilməz”.

 

 

Bunu Versus.az -a hərbi ekspert Elxan Şıxəliyev Laçın -Xankəndi yolunda Azərbaycan ictimaiyyət nümayəndələrinin “ekoloji terrora son” şüarı ilə keçirdiyi dinc aksiyaya qarşı istər erməni separatçıları, istərsə də təxribatlar törədərək sülhməramlıların silah tətbiqi təhlükəsinin nə dərəcədə mümkün olma ehtimalı ilə bağlı aşıqlamasında bildirib.

 

 Ekspert hesab edir ki, ermənilər nə qədər bu istəkdə olsalar da, keçirilən aksiyaya silahla qarşılığını verməyəcəklər.

 

“Bu  aksiyalarda silahlı qarşıdurmanın yaranmasını təxmin etmirəm.  Aksiyalar  tələblər yerinə yetiriləndən sonra başa çatacaq.  Aksiya iştirakçılarımızın tələbləri ondan ibarətdir ki, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Volkov onlarla görüşsün və separatçı rejimin sülhməramlılarla bərabər bizim mülki missiyamıza qarşı gələcəkdə də insident  yaratmayacağına təminat versin”.

 

Ekspert hesab edir ki, Volkovun bu aksiyada iştirak edənlərlə görüşə gəlməməsinin Azərbaycan üçün bir dez-avantajı  var.  Bu da onunla bağlıdır ki, hava soyuqdur, dinc aksiyaçıların belə bir hava şəraitində dayanması çətindir.

“Amma avantajı da var. Bu da ondan ibarətdir ki, separatçı rejim, Ermənistanda siyasətçilər artıq panika içərisindədir. Bu gün Rusiyanın baş qərargahından Volkova komanda gələrsə, o görüşə bilər”. 

E.Şıxəliyev bildirib ki, əgər Volkova komanda gəlmirsə, Rusiyanın da bu insident üzərinə bir planı var.

 

“Rusiyanın planı ondan ibarətdir ki, Ermənistan Rusiyaya yalvarsın. Paşinyan, xüsusilə KTMT-də  deklorasiyaya imza atmamaqla Rusiyaya qarşı hörmətsiz gediş etmişdi. Əslində Rusiyanın Paşinyanın cəzalandırılması və  nəticə etibarilə onun Rusiyaya yalvarma durumuna düşməsi üzərinə bir niyyəti ola bilər. Çünki aksiyanın üzərindən sülhməramlılar yolu nə qədər bağlayacaqsa, Ermənistandan Xankındinə gedənlər, Xankəndindən Ermənistana getmək istəyənlərin hərəkət məhdudiyyətində bir panika baş verir. Ən azından Paşinyan öhtəliklər götürməli və Rusiyanın bu coğrafiyada kiçik görməyəcəyinə dair mövqe qoymalıdır. Bu planın uzaq gedən məqsədi ondan ibarət ola bilər ki, Rusiya Laçın yolu üzərindən Ermənisatan siyasi hakimiyyətini Zəngəzur yolunun açılmasında istifadə edə bilər”.

 

Ekspert hesab edir ki, bu aksiya üzərindən tərəflərin strateji maraqları var.  Hər bir halda gedişat Azərbayacanın strateji maralarının istəyi üzərindədir.

 

“Çünki bizim Rusiya sülhməramlılarının öz missiyaları ilə məşğul olmamalarına dair bəyanatımız oldu. Ona görə də Rusiya sülhməramlılarının fəaliyyətsziliyi, separatçıların da onların çətiri altında azərbaycanlıların öz ərazisində hərərkət məhdudiyyətini yaratmaq cəsarətini özündə tapması gəldikləri yolun sonudur. Laçın yolunun üzərində yeni şərtlər yaranacaq. Xarici İşlər Nazirliyi də bəyanat verdi ki, yolu Rusiya sülhməramlıları bağlı saxlayıblar, yəni ordakı ağır texnika və yaxud  beton lövhələr ruslar tərəfindən qoyulub. Görünür rusların  da ermənilərdən bir istəkləri var və bundan uzaq gedən məqsədərini həyata keçirmək üçün istifadə edəcəklər.  Digər bir bəyanatda  bildirdik ki, Ermənistan üçtərəfli sazişin 3 əsas bəndini yerinə yeytirmir: sərhədlərin delimitasiyası, silahlı ermənilrin çıxarılması,  sülh sazişinin imzalanması yönündə, Zəngəzur yolunun açılması... Aksiya nə qədər ekoaktivistlərin başlatdığı bir tədbir olsa da, Azərbaycanın həm Qarabağdakı separatçılar üzərinə, həm də Zəngəzur yolu üzərinə bütün strateji istəklərimizin  həyata keçirilməsini aksiyanın sonlanması etibarilə  yerinə yetiriləcəyini gözləyə bilərik”.

 

E.Şıxəliyev eyni zamanda hesab edir ki, dinc aksiyanın gedişində aksiyaçılara qarşı güc istifadə ediləcəyinə dair ehtimallar ona görə çox aşağıdır ki,  Azərbaycan silahlı qüvvələrin komando briqadaları artıq 360 dərəcə perimetrdə, yəni sülhməramlı korpusunun  50-10O metr məsafəsindədirlər.  Qeyri-qanuni silahlı birləşmələr, sülhməramlılar silahla davranacaqları  təqdirdə, bunun arxasında dura bilməyəcəkllərinin fərqindədirlər. Ona görə də ən yaxşı halda indiki mərhələdə separatçıların  bu vəziyyətdən çıxış yolu konstruktiv təkliflərlə  ortaya çıxmalarıdır.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ölkəmizdəki canlı MİNALAR

Putin Vardanyanı dəstəkləmir

Səfirliyimizə hücum edən terrorçu Azərbaycana gətiriləcək?

Döş qəfəsində ağrı nədən xəbər verir?

İranda molla rejimi əleyhinə aksiyalar genişlənib

Riyaz Sarıkahya İlham Əliyevə başsağlığı verib

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə müzakirə olunub

Gözəlliyin gətirdiyi risklər

Ağdam rayonunun Kosalar kəndi

Məsciddə kamikadze özünü partlatdı

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

Erməniəsilli şəxslər Xankəndiyə aparılıb

İranın Azərbaycana tarixi münasibəti-Açıqlama