Vasif Talıbovun istefasından sonra Naxçıvan... –Açıqlama

13:52 22-12-2022 | icon 478 | Hadisə
Vasif Talıbovun istefasından sonra Naxçıvan... –Açıqlama

 

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, sessiyanın gündəliyinə aşağıdakı məsələ daxil edilib: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müraciətinə baxılması

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb. Qərar səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sessiyaya yekun vurub. "Bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq, dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacağıq", - o deyib.

 

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.

Qeyd edək ki, son aylarda Naxçıvan Muxtar Respublikasında Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyatlar zamanı dəyəri 100 milyonlarla ölçülən korrupsiya faktları aşkarlanıb. Bir neçə səs-küylü həbslər həyata keçirilib. Bu hadisələr fonunda Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun istefa verəcəyi bildirilirdi.

 

Müasir Müsavat Partiyasının sədri  Hafiz Hacıyev Naxçıvan Ali Sovetinin sədri Vasif Talıbovun istefa səbəbləri və gələcək gözləntilərlə bağlı açıqlamasında bildirib ki, o, Naxçıvanı tamamilə fərqli şəkildə idarə edirdi, hətta məlumatlar var ki, Naxçıvanın ayrıca bayrağını, xəritəsini də yaradıbmış. Bu, dövlətimiz üçün təhlükədir.

Bu istefaya görə Naxçıvan əhalisinin toy-bayram etdiyini deyən partiya sədri hesab edir ki, bundan sonra çox məsələ öz həllini tapacaq.

 

Politoloq Turan Rzayev bildirib ki, Vasif Talıbovun istefası gözlənilən idi.  Talıbova qədər də bir sıra tanınmış vəzifəli şəxslərin istefası, yaxud da vəzifədən çıxarılmasının şahidi olmuşuq.

 

T.Rzayev, hətta Vasif Talıbovdan sonra prosesin 2023-cü ildə də davam edəcəyini, bu kateqoriyaya aid olan şəxslərin də vəzifədən gedəcəyini proqnozlaşdırır.

Politoloq hesab edir ki, Naxçıvanla bağlı növbəti addımların nə olacağı ilə bağlı suallar istər-istəməz muxtar respublikanın status məsələsinin ləğvi məsələsini gündəmə  gətirsə də, aktual deyil.

“Naxçıvanda bəzi qurumlar ləğv edilərək Bakıya tabe edilsə də, bu o demək deyil ki, muxtariyyət ləğv ediləcəkdir.  Azərbaycanın əsas hissəsini Naxçıvana bağlayan quru xətt olmadığı üçün bu bağlantı qurulana qədər status da qalacaq.  Naxçıvanın statusu etnik, iqtisadi və digər sahələr əsasında yaranmayıb.  Bu, sırf siyasi məsələ idi və ötən əsrdə Qars müqaviləsi ilə  təsdiqlənib.

Azərbaycanın Naxçıvan ali hakimiyyətində islahatları davam edir və gələn il bəzi qurumların da ləğv edilib Bakıya tabe edilməsi gözlənilir. Lakin Naxçıvan Ali  Məclisi öz fəaliyyətini davam etdirəcək. Bütün qərarlar Bakıdan verilir və bu, Azərbaycanın bütün ərazilərində olduğu kimi, Naxçıvanda da keçərlidir. Naxçıvan heç bir halda ayrıca respublika kimi fəaliyyət göstərə bilməz”.

Politoloq hesab edir ki, Talıbovun istefasından sonra Naxçıvanı daha yaxşı vəziyyət gözləyir. Onun fikrincə, aparılacaq islahatlar, görüləcək tədbirlər fonunda Naxçıvanın inkişafı digər regionlarda olduğu kimi davam edəcək.

“Bəzi mənbələrdə qeyd olunurdu ki, Vasif Talıbovun Naxçıvanda gördüyü işlər Azərbaycanın digər ərazilərindən fərqlidir. Adi taksilər, ictimai nəqliyyat  tamamilə fərqli şəkildə tərtib edilmişdi. Bu baxımdan, bu gün Talıbovun istefası təəccüb doğurmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə açıqlamalarında qeyd edib ki, heç kəs qanunlardan üstün deyil, Azərbaycan qanunları alidir və bu qanunlara hər kəs tabe olmaq məcburiyyətindədir. Düşünürəm, Talıbovdan sonrakı Naxçıvanı daha yaxşı gələcək gözləyir”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Məhkəmədə etiraf

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Daşaltı əməliyyatının 31-ci ili