Xəyanətin miqyası artır: qəpik-quruş üçün vətənini, millətini satanlar...

16:44 22-12-2022 | icon 371 | Qarabağ
Xəyanətin miqyası artır: qəpik-quruş üçün vətənini, millətini satanlar...

 

Politoloq Turan Rzayev Versus.az-a Laçın - Xankəndi yolundakı vəziyyətdən, daha doğrusu aksiyaçılarımıza qarşı çıxan "sap"larımızdan danışdı.

 

 

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on bir gündür davam edir.

 

 

11 gündür Azərbaycanın vətənpərvər oğul və qızları havanın soyuq və şaxtalı olmasına baxmayaraq, dövlət himni oxuyur, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

 

Ekofəalların aksiyası uzandıqca ermənilər də boş durmur, “fəaliyyətlərini” artırırlar. Bir çox tanınmış erməni bloggerləri, partiya sədrləri, sosial şəbəkə istifadəçiləri maliyyə aldıqları mərkəzlərdən ötürülən tezisləri dövriyyəyə gətirməyə başlayıblar.

 

Əslində ermənilərin canfəşanlığında təəccüblü heç nə yoxdur. Hətta deyərdim bu normal haldır. Çünki 11 gündür ermənilər qanunsuz yük (silah-sursat) daşıya bilmirlər. Bu da təbii olaraq onları narahat edir.

 

Lakin acı bir reallıq da var ki, bu haldan narahat olan sapı özümüzdən olan baltalar da az deyil. Təəssüf ki, bəzi “azərbaycanlılar” ermənilərlə birgə “Laçın dəhlizinin açılması” və “ermənilərin blokadadan” çıxarılması üçün Azərbaycana müraciət ediblər.

 

Əvvəla, onu demək lazımdır ki, Xankəndi-Laçın yolunu azərbaycanlı aksiya iştirakçıları deyil, Rusiya sülhməramlıları bağlayıb. Ekofəalların tələbləri Azərbaycan ərazilərinə qanunsuz daşımaların sonlanması, sərvətlərimizin talanmasının dayandırılması, Laçın yolunun açılması və yol boyu Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan postlarının qurulmasıdır.

O zaman sual yaranır: bunun harası erməniləri blokadaya salmaq, ya da Laçın yolunu bağlamaqdır?

 

Politoloq bildirib ki,  rəsmi Bakının niyyəti erməniləri blokadaya almaq olsaydı, bunu rahatlıqla edə bilərdi.

“Prinsip etibarilə ərazinin əsas strateji yüksəklikləri və postları Bakının nəzarəti altındadır. Digər tərəfdən, həm aksiya fonunda, həm də rəsmi Bakının son bəyanatında Xankəndidəki ermənilərə humanitar yardımın edilməsi öz əksini tapıb.

 

Bütün bunlara baxmayaraq başda Qubad İbadoğlunun qızı Jalə Bayramova, Qiyas İbrahimov, LGBT təmsilçiləri və bəzi müxalif partiyaların “fəal” üzvləri həm Xankəndi-Laçın yolunda -5 dərəcə şaxtada gecə-gündüz keçirilən etiraz aksiyaları qaralayır, həm də mənsub olduqları ölkəyə xəyanət edirlər.

Aydın məsələdir ki, heç bir millət bütöv halda qəhrəman ola bilməz. Lakin bu da reallıqdır ki, vətəni sataraq, onun mənafeyini ayaq altına ataraq, erməninin işğalına haqq qazandıraraq, Vətən qurulmaz.

 

Vətən ilk növbədə xarici təcavüzdən qorunmalıdır. Mustafa Kamal Atatürk demiş “Mövzu vətəndirsə, gerisi təfərrüatdır”.

Ümumiyyətlə Qiyas kimi şəxslər görəsən anlayırmı ki, demokratiyanın beşiyi hesab olunan ölkələrdən birinin bir qarış torpağına əl uzadılsa görəsən nələr edər?

Nəticə etibarilə “PostSovietPeace” layihəsi adı altında bir araya gələn bu şəxslər qəpik-quruş üçün öz vətənlərini, millətlərini başqalarının ayağına verməyi adi hala çevrilib.

 

Bu şəxslər həqiqətən “No war”-çı olsa idi, ilk növbədə sülhün nə olduğunu anlayardılar. Sülh iki tərəf istəyəndə olur. Bir tərəf 30 il digər bir xalqa zülm edibsə, bu gün də mənfur xislətindən əl çəkmirsə, demək, sülh yoxdur, müharibə var. Həm də bizim başlamadığımız bir müharibə.

 

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb