Tələbələrin yataqxana problemi

10:41 23-12-2022 | icon 470 | Təhsil
Tələbələrin yataqxana problemi

Uzun illərdir Azərbaycanda tələbələrin yerləşməsi ilə bağlı problemlər mövcuddur. Birinci Qarabağ müharibəsindən sonra təxminən 1 milyon məcburi köçkün və qaçqının böyük bir qismi Bakıya pənah gətirdi. Ailələr məcburən yataqxanalarda sığınacaq tapdılar. Bir çox sosial, psixoloji, maddi faktorları nəzərə alaraq tələbə yataqxanaları uzun illədir onların evinə çevrilib. Bu reallıq isə ən çox tələbələrə çətinlik yaradır. Cüzi ödəniş qarşılığında yataqxanada qalma imkanından məhrum olan gənclər kirayə evlərdə qalmağa məcbur olurlar. Qarabağ işğaldan azad edildikdən sonra problem yenidən gündəmə gəlib. Bəzi universitetlər bu istiqamətdə kifayət qədər iş görür: yeni korpuslar yaradılır, mövcud yataqxanalarda tələbələrin qalması üçün şərait yaxşılaşdırılır.

 

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Nəzərova bildirib ki, ali təhsil müəssisəsinin Tələbə Evi 220 nəfərlikdir:

 

“Tələbə Evi düz universitetin yanındadır. Yataqxanadan universitetə qədər məsafə 1-2 dəqiqədir. Hər bir şəraiti var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Yataqxananın qiyməti 1 nəfər üçün 75 manatdır. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Yeni yataqxanaların tikilməsi də planda var”.

 

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bugünlərdə jurnalistlərə açıqlamasında qeyd edib ki, yeni yataqxananın inşası istiqamətində işlər davam edir. Rektor bildirib ki, yeni yataqxana təxminən 2500-3000 tələbənin qalmasına imkan verəcək. BDU-nun 24 min tələbəsi var.

 

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova bildirdi ki, universitetin yataqxanasında 101 otaq var:

 

“Yataqxana 205 nəfərlikdir. Hazırda 60 nəfər qalır. Ödəniş 30 manatdır. Bütün müraciətləri qeydə alırıq, ehtiyacı olan tələbələri yerləşdirməyə çalışırıq. Pandemiyadan sonra müraciətlərin sayı azaldı. Hətta pandemiya zamanı yataqxana açıq oldu. Yaşayış üçün şərait normaldır - su, işıq, qaz, vay fay. Yataqxanada Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC), Tibb Kolleci, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Qızlar Universiteti, Odlar Yurdu Universiteti, Avrasiya Universiteti, Bakı Biznes Universitetinin tələbələri də yerləşib”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat katibi Bəhruz Nəzərov açıqlamasında ADNSU-nun yataqxanasında 500-600 tələbənin qalması üçün imkan olduğunu qeyd etdi:

 

“Hazırda yataqxanada 250 tələbə qalır. Otaqlar 2 və 3 nəfərlikdir. Ödəniş 100 manatdır. Əgər otaqda 3 nəfər qalırsa, ödəniş tələbələr arasında bölünür. Həmçinin sosial durumu çətin olanların ödənişi  universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşılanır. Yataqxananın müəyyən dərəcədə təmirə ehtiyac var. Eyni zamanda yeni yataqxananın inşası üçün danışıqlar aparılır. Yeni yataqxana korpusunun 1000 nəfərlik olması nəzərdə tutulur”.

 

700 bal toplamaq üçün savad qədər bəxt amili də öz rolunu oynayır”- Təhsil  eksperti - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Adil Vəliyev 

 

Təhsil eksperti Adil Vəliyev bildirdi ki, əvvəlki illərə nəzərən yataqxanalarla bağlı vəziyyət nisbətən düzəlsə də, tam qənaətbəxş deyil:

 

“Yataqxanalar tələbələrin çox az qisminin yerləşməsi üçün uyğundur. Bu isə tələbələri kirayə evlərdə qalmağa məcbur edir. Azərbaycan universitetlərinə qəbul olan tələbələrin böyük qismi ödənişli təhsil alırlar. Bunu da nəzərə alsaq, valideyn ikiqat xərcə düşür.  Xarici ölkələrdə binaların dövlət, yaxud iş adamları tərəfindən alınıb tələbələrə kirayə verilməsi təcrübəsi var. Digər tərəfdən, bu, kifayət qədər məsuliyyət tələb edir. Qidalanma, gənclərin davranışı və s. diqqət etmək lazımdır. Hazırda Azərbaycanda tələbə yataqxanalarının kifayət qədər az olduğunu nəzərə alsaq, təklif edirəm ki, iş adamları bu məsələyə diqqət etsinlər. Digər vacib məqam budur ki, dünya universitetlərinin əksəriyyəti tikilərkən yeməkxana, yataqxana və digər ehtiyaclar düşünülüb. Azərbaycanda isə bu məqamlar vaxtilə nəzərə alınsa da, bu günün tələbləri ilə uyğunlaşmır”.

 

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov

 

Millət vəkili Ceyhun Məmmədov mövzunu şərh edərkən qeyd etdi ki,  Azərbaycanda yataqxanaların qənaətbəxş olmaması təhsilin keyfiyyətinə də təsir edir: 

 

“Yeni yataqxanalar tikilməlidir. "Ali təhsil haqqında" Qanuna əsasən, sosial yataqxanalar yaradılacaq. Universitetlərin yataqxanaları başqa məqsədlərlə istifadə olunur.

Birinci Qarabağ müharibəsindən sonra tələbə yataqxanalarında məcburi köçkünlər yerləşdilər. Xüsusilə, ödənişli əsaslarla təhsil alan tələbələri nəzərə almaq lazımdır-kirayə, yemək və s. xərclər  kifayət qədər böyük büdcə tələb edir. Xərcləri müqayisə etsək, xaricdə təhsil almaq daha ucuz başa gəlir. Buna görə ciddi islahatlar həyata keçirilməlidir ki, təhsilin keyfiyyəti artsın". /“Yeni Müsavat”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf