Razi Nurullayevdən NOTA TƏKLİFİ

17:17 23-12-2022 | icon 216 | Siyasət
Razi Nurullayevdən NOTA TƏKLİFİ

Razi Nurullayev: "Ona görə şəhid vermədik ki, düşmən qüvvələrə satılmışlar onların ruhunu təhqir etsinlər"

 

"Rusiyanın bir sıra ictimai-siyasi və media dairələrindən ölkəmizə yönəlik təxribatlara yol verilir. Biri Bakıya raket zərbələri endirməyi, biri haqq-hesab çəkməyi, o birisi hədə-qorxu gəlir. Bunlar başa düşmür ki, danışıq və ümid qapısı Türkiyə və Azərbaycandır. Başa düşmür ki, bu ilin fevral ayında Azərbaycan və Rusiya prezidentləri arasında 43 maddədən ibarət müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməsi imzalanıb".

 
 
Versus.Az xəbər verir ki, bunu Milli Məclisdəki çıxışında deputat Razi Nurullayev bildirib.
 
 
Deputat vurğulayıb ki, bunların müttəfiqliyə münasibəti belədirsə, onlara necə güvənmək olar:
 
 
"Rus jurnalisti təəccüblənir ki, Bakı pəncərələrində Türkiyə və Pakistan bayrağı var, niyə bir dənə də olsun rus bayrağı yoxdur? Bu suala cavab hər kəsə aydındır, sualı verən rus jurnalistinə də. Biz müttəfiqlik bəyannaməsinə xələl gətirən, açıq-aşkar terrora və kütləvi insan təlafatına aparan çağırışlar edən Rusiyanın vəzifəli, ictimai və media şəxslərinə qarşı Rusiya dövləti tərəfindən daha təsirli tədbirlərin görülməsini tələb edirik".
 
Razi Nurullayev ikinci vacib məsələ kimi bir çox ölkələrin hələ də Dağlıq-Qarabağ ifadəsinə yol verdiyinə və bunu qəsdən etdiklərinə diqqət çəkib:
 
 
"Hansı ölkə olmasından asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan və Azərbaycan adlarını təhrif edən ölkələrə nota verilməsini təklif edirəm. Biz bütün ölkələrlə qarşılıqlı hörmət və əməkdaşlığın tərəfdarıyıq. Amma bizə qarşı təhdid və hörmətsizlik yolunu tutanlara da təsirli xəbərdarlıq etməyimiz faydalıdır".
 
 
Deputatın sözlərinə görə, digər bir məqam ölkəmizdə olan xainlərlə bağlıdır:
 
 
"Vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda aksiyasını lağa qoyur, ermənilər yönündən işıqlandırır, erməni separatçılara sətiraltı, bəzən isə açıq-aydın dəstək ifadə edirlər. Bu xainlikdir. Imkan verilsə, yüz minlərlə insan o yolu iflic edər, separatçıların xainliyi nəticəsində yaxınlarını itirən ailələrin yarası hələ də istidir. Kimin nə cürəti var ki, bizi qınasın?
 
Mən bu tip ictimai çəkili şəxslərin, vətəndaşların və digərlərinin ciddi şəkildə istintaqa cəlb edilməsini və barələrində araşdırmaların aparılmasını tələb edirəm. Biz Birinci Qarabağ müharibəsində 25 min, İkincidə 3100 şəhid vermədik ki, düşmən qüvvələrə satılmışlar onların ruhunu təhqir etsin. Çox şeydə güzəşt olar, amma, vətəni, torpağı, ölkəni satmaq, onun üzərində karyera qurmaq, pul qazanmaq istəyənlərə, şəxsi incikliyinin qisasını Ermənistana qahmar çıxmaqla Azərbaycan dövlətindən almaq cəhdinə isə güzəşt olmaz.
Olarsa, əlimizdən torpaq gedər, vətən gedər".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb