Hafiz Hacıyev Prezidenti təbrik etdi

17:28 23-12-2022 | icon 221 | Siyasət
Hafiz Hacıyev Prezidenti təbrik etdi

Dekabrın 24-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ad günüdür. Ölkə başçısının 61 yaşı tamam olur.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezident İlham Əliyevi təbrik edib.

 

Versus.Az xəbər verir ki, təbrikdə deyilir:

 

“Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzu edirəm.

İlham Əliyev dəyanətli, xalqının yanında olan bir Prezidentdir. O eyni zamanda dəmir yumruğu ilə də tanınan liderdir. Buna görə də cənab Prezidentə möhkəm yumruq və yumruğunun gücünü bir az da ağırlaşdırmağı arzu edirəm. Xalqa etdiyi xidmətləri axıra qədər davam etdirməyi arzulayıram. Allah İlham Əliyevə can sağlığı versin. Uğurlarının daha bol olması diləyi ilə bir daha səmimi qəlbdən təbrik edirəm!

Mən cənab Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini normal hesab edirəm. Düşünürəm  ki, onun ölkə siyasətində böyük xidmətləri var. Amma İlham Əliyevin ətrafı onun daxili və xarici siyasətinə böyük kölgə salır. Buna baxmayaraq Prezident çətinliklə də olsa, tək olsa da, bütün işləri görür. Ona həm ideoloji, həm də siyasi baxımdan kömək lazımdır. Buna görə də bizlər də onun ətrafındayıq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf