Ağzınızdan pis qoxu gəlir - SƏBƏB?

20:42 24-12-2022 | icon 409 | Sağlamlıq
Ağzınızdan pis qoxu gəlir - SƏBƏB?

Nərminə Abbasova: “Pis qoxunu müvəqqəti aparmaq yox, onu yaradan bakteriyaları məhv etməliyik”

 

Ağızdan pis qoxunun gəlməsi bir çox insan üçün kabusa çevrilmiş bir problemdir. Xüsusilə sosial həyata təsir edən belə şikayətlər münasibətlərdə soyuqluğa, iş ortamında ayrımçılığa səbəb ola bilir. Hətta toplumun böyük bir qismində “ayıb” olaraq da dəyərləndirilməkdədir. Bəs ağızdan gələn pis qoxu nədən yarana bilər?

 

Mövzuyla bağlı Versus.Az-ın oxucularını ailə həkimi, həkim-terapevt Nərminə Abbasova məlumatlandırıb. Həkim bildirib ki, pasientlərin ağzından gələn pis qoxunu yoxlamaq üçün üç üsuldan istifadə edilir. Onun sözlərinə görə, bir həkim bunu pasiyentin nəfəsindən gəldiyi iyi 5 santımetr məsafədən iyləməklə və dilin üst səthini qaşıqla qaşıyıb, həmin qaşığı iyləməklə müəyyən edə bilər.

 

 

“Buna oxşar bir çox üsullar var. Bir tədqiqata əsasən, ağızdan pis iyin gəlməsi ehtimalı 27 faiz təşkil edir. Ağızdan pis qoxu gəlmənin səbəbi xəstəliklə bağlı ola bilər. Pis qoxu yaradan, əsasən uçucu kükürd birləşmələridir. Pis qoxunun əmələ gəlməsində əsas rollardan birini oynayan iylənmiş yumurta qoxusu verən hydrogen-sulfid qazıdır. Lakin bundan da daha pis qoxu yaradan qaz etil-merkaptan maddəsidir. Bu qazın yaratdığı qoxu kələm çürüntüsü iyini verir. Yemək qalıqları və bakteriyalar dilin arxa hissəində ilişib qalanda həmin qaz komponentləri ifraz olunur. Ümidverici cəhət budur ki, bu hal müvəqqəti ola bilər, misal üçün sarımsaq və soğan yeməyin, kofe içməyin və siqaret çəkməyin nəticəsi kimi. Lakin bütün halların təxminən dörddə üçündə diş xəstəliklərinin bu məsələdə rolu mümkündür. Pasiyentlərin dişində, damağında şiş, yara, infeksiya və ya dilin üzərində ərp əmələ gəlməsi ağızdan gələn iyi ağırlaşdıra bilər”.

 

Həkim terapeft qeyd etdi ki, bir sıra hallarda ağızdan pis qoxu gəlməsinin səbəbi orqanizmin digər hissələrindəki problemlərlə məsələn, qulaq, burun boğaz, böyrək, ciyər və bağırsaq problemləri ilə bağlı ola bilər:

 

 

“Çoxları zənn edir ki, ağızdan pis iy gəlirsə, ilk növbədə ağızı nanə və ya mixək məhlulu ilə yaxalamaq lazımdır. Əlbəttə qısa müddət üçün yaxşı qoxusu olan məhlul ağızdakı qoxunu zəiflədə bilər və bazarda olan bir çox hazır gigyenik ağızyaxalama məhlullarında antiseptik də olur. Məqsəd pis qoxu yaradan bakteriyaları ağızda məhv etməkdir. Müəyyən müddət üçün bu işləyə bilər. Lakin belə məhlullara alkoqolun da əlavə edilməsi suallar doğurur. Çünki alkoqol susuzlaşmanı gücləndirir. Quru ağızdan gələn iy isə daha ağır olur. Gün ərzində suyun içilməsi həm ağızdakı yemək qalıqlarını yuyub aparır, həm də ağızı qurumaqdan qoruyur”.

 

 

Nərminə xanım bildirdi ki, alternativ üsul dilin üstünü xüsusi təmizləyici alətlə qaşımaqla təmizləməkdən ibarətdir. Lakin onun təsiri də qısa müddət üçün nəzərdə tutulub:

 

“Onu da qeyd etməliyəm ki, bu üsul yerinə yetirilərkən, dilin zədələnməsi riski yaranar. Diş fırçası ilə dili təmizləmək istəyəndə əmin olmaq lazımdır kı, diş fırçasının tükləri yumşaqdır".

 

 

DİQQƏT!

 

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA xəstəlikdən əziyyət çəkən hər kəsi müalicə üçün Klinikaya dəvət edir. Burada pasientləri mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ölkəmizdəki canlı MİNALAR

Putin Vardanyanı dəstəkləmir

Səfirliyimizə hücum edən terrorçu Azərbaycana gətiriləcək?

Döş qəfəsində ağrı nədən xəbər verir?

İranda molla rejimi əleyhinə aksiyalar genişlənib

Riyaz Sarıkahya İlham Əliyevə başsağlığı verib

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə müzakirə olunub

Gözəlliyin gətirdiyi risklər

Ağdam rayonunun Kosalar kəndi

Məsciddə kamikadze özünü partlatdı

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

Erməniəsilli şəxslər Xankəndiyə aparılıb

İranın Azərbaycana tarixi münasibəti-Açıqlama