"Azadlıq fədaisi"nin daha bir MÜKAFATÇISI

12:08 25-12-2022 | icon 506 | Siyasət
"Azadlıq fədaisi"nin daha bir MÜKAFATÇISI

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiya tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatının 2022-ci il qalibi istiqlalçı deputat, Azərbaycan Milli İatiqlal Partiyasının (AMİP) Fəxri sədri Etibar Məmmədova təqdim edib.

 

Versus.Az xəbər verir ki, "Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri Fuad Əliyev bildirib ki, mükafatın qalibini müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğu keçirilib:

 

“Ənənəvi olaraq hər il keçirilən sorğunun nəticələrinə görə bu ilin qalibi istiqlalçı deputat, Azərbaycan Milli İatiqlal Partiyasının Fəxri sədri Etibar Məmmədov oldu”.

 

ALDP sədri Etibar Məmmədova mükafat haqqında qısa məlumat verib və “Azadlıq fədaisi” mükafatını ona təqdim edib.



Etibar Məmmədov mükafata layiq görüldüyünə görə ALDP üzvlərinə minnətdarlığını bildirib.

 

Mükafatın təqdimatında ALDP Sədr Aparatinin və AMİP Siyasi Şuranın üzvləri iştrak ediblər.

Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçiləri üçün nəzərdə tutulan “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib. Eks-spiker Rəsul Quliyev, Gözəl Bayramlı, Tofiq Yaqublu, Oqtay Gülaliyev, hüquq müdafiəçisi Novella xanım Cəfərova və millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı 2016-2021 illərdə “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.

 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ölkəmizdəki canlı MİNALAR

Putin Vardanyanı dəstəkləmir

Səfirliyimizə hücum edən terrorçu Azərbaycana gətiriləcək?

Döş qəfəsində ağrı nədən xəbər verir?

İranda molla rejimi əleyhinə aksiyalar genişlənib

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

Riyaz Sarıkahya İlham Əliyevə başsağlığı verib

Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə müzakirə olunub

Gözəlliyin gətirdiyi risklər

Ağdam rayonunun Kosalar kəndi

Məsciddə kamikadze özünü partlatdı

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

Erməniəsilli şəxslər Xankəndiyə aparılıb

İranın Azərbaycana tarixi münasibəti-Açıqlama