Qadınlarda və kişilərdə SİDİK QAÇIRMA

10:00 30-12-2022 | icon 489 | Sağlamlıq
Qadınlarda və kişilərdə SİDİK QAÇIRMA

Nərminə Abbasova: “Susub gizlədirlər və ya xalq təbabətinin şübhəli üsullarını axtarırlar

 

Sidik qaçırma bəziləri tərəfindən yaşlı adamların tipik patalogiyası kimi qəbul edilir. Bu xəstəliklə 70-80 yaşdan yuxarı qadınların yarısından çoxu əziyyət çəkir. Lakin belə problemlərə təkcə yaşlı qadınlarda deyil, doğuşdan sonra, hamiləliyin son mərhələlərində, bəzi əməliyyatlardan sonra və hətta stres vəziyyətlərində də rast gəlmək olar.

 

Xəstəliklə bağlı Versus.az-a danışan ailə həkimi, həkim-terapevt Nərminə Abbasova təəssüflə bildirdi ki, qadınların hamısı vaxtında həkimə müraciət etmir, susub gizlədirlər və ya xalq təbabətinin şübhəli üsullarını axtarırlar. Onun sözlərinə görə, patologiyanın öhdəsindən yalnız düzgün müalicənin köməyilə gəlmək olar:

 

“Sidik qaçırmaya səbəb olan çoxlu amillər mövcuddur. Onların arasında bir neçə əsas səbəb ayırd edilir. Oxucularımız üçün sadalayıram:

 

hamiləlik və doğuşdan sonrakı dövrdə böyümüş uşaqlıq kiçik çanaq üzvlərinə artıq təzyiq etdikdə;

uzun müddətli stres vəziyyətləri;

yuxarı yaşlarda bağların elastikliyinin və əzələlərin tonusunun azalması;

fistula və ya bitişmələrin əmələ gəlməsilə fəsadlaşan kiçik çanaq orqanlarında (uşaqlıq, sidik kisəsi, düz bağırsaq) aparılan cərrahi əməliyyatlar.

 

Qeyd etməliyəm ki, bəzi xəstəliklərdə sidik qaçırma əsas əlamətlərdən biridir. Bu, şəkərli diabet, sidik kisəsi daşı, dağınıq skleroz, insultdur. Patoloji prosesin inkişafına bəzi dərman preparatları məsələn sidikqovucuları - tünd çay, kofe və spirtli içgilərin həddən artıq qəbulu, siqaret çəkmə, artıq çəki səbəb ola bilər”.

 

Nərminə xanım bildirdi ki, hətta sağlam qadınlarda belə estrogen və ya antidepressantlarla zəngin preparatlar sidik saxlamaqda problemlər yarada bilər. Həkim deyir ki, preparatların qəbulunu dayandırdıqda bu vəziyyət müalicəsiz keçir:

 

 

“50 yaşından yuxarı qadınlarda sidik qaçırma irsi xarakter daşıya bilər. Uşaq yaşlarında enurezin olması bir neçə il sonra yaşlı vaxtda sidik qaıçırmaya səbəb ola bilər.

Qeyd edim ki, sidik ifrazının idarə oluna bilməməsi heç də həmişə sidik kisəsinin dolu olması demək deyil. Sidiyin az miqdarı da şırnaq və ya damcı ilə çıxa bilər. Yaşla əlaqədar sidik qaçırma orqanizmin bütün sistemlərinin ümumi zəifliyi, immunitetin azalması ilə əlaqədardır. Hormonal çatmamazlıqdan sidik kisəsi müəyyən miqdar mayeni uzun müddət ərzində saxlamaq qabiliyyətini itirmiş olur”.

 

Həkim-terapevtin sözlərinə görə, sidik qaçırmanın müalicəsi üçün pasient tam müayinədən keçməlidir. Müəyyənlədirməlidir ki, bu problem nə vaxt yaranıb, ona irsi meyl varmı, son vaxtlar qaçırma halları artıbmı, hansı amillər onu törədir. Həkim qeyd etdi ki, sidiyin ümumi analizi infeksion xəstəliklərin olmasını təyin etməyə imkan verir.

 

 

Yaxşı, bəs kişilərdə sidik qaçırma niyə olur? Həkim bildirdi ki, kişilərdə sidik qaçırma səbəblərindən biri prostatit və prostat adenoması xəstəliyidir:

 

“Kişilərdə xoşxassəli prostat böyüməsi səbəbilə sidik qaçırma şikayətinə rast gəlinir. Prostat böyüyərək sidik kisəsini sıxır sidik ifrazını çətinləşdirdiyi üçün ilk öncə sidiyi tam boşalda bilmədiyindən əzələdə dəyişiklik baş verir. Müalicə edilmədikdə, getdikcə uzunmüddətli sidik qaçırma vəziyyəti yaranır. Xəstələr bilməlidir ki, xoşxassəli prostat adenoması əməliyyatından sonra qalıcı sidik qaçırma nisbəti sıfra yaxındır. Yaş artdıqca kişilərdə də qadınlardakı kimi sidik qaçırma ehtimalının artdığını və daha çox prostat böyüməsinin səbəb olduğunu bildirmək lazımdır. Bundan başqa prostat böyüməsi olmadıqda belə yaşla bağlı olaraq sidik qaçırma şikayəti ola bilər. Zamanında uroloji müayinələrdən keçdikdə narahatlığın qarşısını almaq olar. Kişilər qadınlara nisbətdə sidik qaçırma ilə üzləşdiklərində daha çox narahatçılıq keçirdib həkimə müraciət edirlər”.

 

 

DİQQƏT!

 

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA xəstəlikdən əziyyət çəkən hər kəsi müalicə üçün Klinikaya dəvət edir. Burada pasientləri mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ölkəmizdəki canlı MİNALAR

Putin Vardanyanı dəstəkləmir

Səfirliyimizə hücum edən terrorçu Azərbaycana gətiriləcək?

Döş qəfəsində ağrı nədən xəbər verir?

İranda molla rejimi əleyhinə aksiyalar genişlənib

Riyaz Sarıkahya İlham Əliyevə başsağlığı verib

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə müzakirə olunub

Gözəlliyin gətirdiyi risklər

Ağdam rayonunun Kosalar kəndi

Məsciddə kamikadze özünü partlatdı

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

Erməniəsilli şəxslər Xankəndiyə aparılıb

İranın Azərbaycana tarixi münasibəti-Açıqlama