Avtomobil təmiri sexində YANĞIN


Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirdə olan “Fiat” markalı minik avtomobili yanıb.
Bu barədə FHN məlumat yayıb.
Xəbərə görə, yanğın zamanı iki nəfər xəsarət alıb və yanğınsöndürənlər hadisə yerinə çatanadək xəstəxanaya aparılıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Xəbər lenti

Radikal müxalifət İranın agentləridir?
Elşən Musayev: "Danışsalar, onların qulaqlarını kəsərlər"