"Rusiyasız Ermənistan heçdir"

11:46 26-12-2022 | icon 488 | Siyasət
"Rusiyasız Ermənistan heçdir"

Fuad Əliyev: "Ermənistanın Rusiyanın orbitindən qopmaq gücü yoxdur"

 

Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı olduğunu, özünə yeni himayədar qismində Kremlin əvəzinə Qərbi seçdiyini getdikcə daha əyani surətdə, konkret əməlləri ilə təsdiqləyir. Bundan sonra Avropa İttifaqına üzv ölkələrin nümayəndələrinin mülki missiyasının daha uzun müddətə Ermənistan vasitəsilə regiona gəlişi Rusiyada daha ciddi qıcıq yaradacaq.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Avropa İttifaqının Ermənistana təsirini artırdığını deyib.

 

Partiya sədrinin sözlərinə görə, eynilə Ermənistan sərhədinə göndərilən yardım qrupunun ömrünün uzadılması da aparılan kompleks siyasətin tərkib hissəsidir:

 

"Bu mənada Qərblə Rusiyanın regionda mübarizəsinin getdiyini görməkdəyik. Ancaq Paşinyan yaxşı bilir ki, Rusiyasız Ermənistan heçdir. Ona görə hər çıxışında sülh müqaviləsinin Rusiya variantını imzalamağa hazır olduğunu bildirir, KTMT-dən çıxmağa cürət etmir, sülhməramlıların Qarabağda 15-20 il qalması üçün sənədə imza atmaq istədiyini qeyd edir. Odur ki, Ermənistan Qərbə sığınmaq istəsə də Rusiyanın orbitindən tam qopmaq gücü olmayacaq. Bunu heç Gürcüstan bacarmadı. Rusiyanın isə İrəvana daha çox təzyiq etmək imkanları mövcuddur”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Aygünün beş obrazı

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf