Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların NƏZƏRİNƏ

16:24 26-12-2022 | icon 567 | Gündəm
Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların NƏZƏRİNƏ

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında dəyişiklik edilib. 

 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin tələb olunan şərtlər daxilində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin  23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilib.

 

Əmək bazarında baş verən dəyişikliklər nəticəsində bir sıra vəzifə və peşələrin öz aktuallığını itirməsi, eləcə də bir sıra yenilərinin meydana çıxması Qərarla təsdiq edilmiş Siyahıya yenidən baxılmasına zərurət yaranıb.

 

Sözügedən siyahıdakı vəzifələrin bir sıra müəssisələrdə mövcud vəzifələrə aid işin xarakterik xüsusiyyəti baxımından eyni, lakin adlandırılma baxımından fərqli olması, nəticədə müəyyən şəxslərin güzəştli şərtlərlə pensiya hüququ əldə edə bilməmələrinə səbəb olur.

 

Qərara əsasən, siyahıya əlavə edilməsi təklif edilən 59 vəzifə və peşə üzrə çalışan şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranacaq və attestasiya protokollarının yekunlarına əsasən həmin vəzifə və peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına daxil edilməsi məqsədəuyğun hesab olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb