"”Böyük Qayıdış” həm də Qərbi Azərbaycana olmalıdır”

11:19 27-12-2022 | icon 436 | Siyasət
"”Böyük Qayıdış” həm də Qərbi Azərbaycana olmalıdır”

Nizami Verdiyev: "Cəmiyyət olaraq bu məsələni gündəmdə saxlamalıyıq"

 

“Ermənilər Qərbi Azərbaycanda bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Buna baxmayaraq istədiklərinə nail ola bilməyiblər”.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev deyib.

 

Onun sözlərinə görə ermənilər Azərbaycanın tarixi binalarını, abidələrini yerlə-yeksan edə bilərlər, amma tarixdən silə bilməzlər:

 

Çünki tarix var, sənədlər var, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritələr bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır. Bütün dünya yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Fransa, İngiltərə, Rusiya və digər ölkələrin arxivlərində bunu sübut edən xəritələr, sənədlər var. Bunu bilirlər və susurlar”.

 

Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların qayıdışına ümid edən Nizami Verdiyev vurğulayıb ki, Qərbi azərbaycanlılar dəfələrlə təqiblərə məruz qalaraq qovulublar:

 

"Hesab edirəm ki, onların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Cəmiyyət olaraq bu məsələni gündəmdə saxlamalıyıq. Bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. ”Böyük Qayıdış” proqramı çərçivəsində təkçə işğaldan azad edilmiş ərazilərə yox, həm də Qərbi Azərbaycana olmalıdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf