Nazirdən Ermənistanla münasibətlərə dair AÇIQLAMA

16:16 27-12-2022 | icon 328 | Siyasət
Nazirdən Ermənistanla münasibətlərə dair AÇIQLAMA

“2022-ci ildə Azərbaycan Cənubi Qafqazdakı reallıqları nəzərə alaraq öz maraqlarını təşviq edib”.

 

Versus.Az xəbər verir ki, bunu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

 

Nazir xatırladıb ki, 2022-ci ildə Azərbaycanla Ermənistan arasında bir sıra təmaslar olub.

 

“Ancaq hesab edirik ki, bu qədər görüşlərə, təmaslara baxmayaraq, əldə olunan proqres çox məhduddur”, - deyə o əlavə edib. 

 

O bildirib ki, Ermənistanın 10 Noyabr Bəyanatının müddəalarını icra etməməsi Azərbaycan tərəfindən sistemli şəkildə dünya ictimaiyyətinə çatdırılır. 

 

“Azərbaycan sistemli şəkildə materiallar hazırlayır və bunlar BMT baş katibinə də çatdırılır”, - deyə o əlavə edib. 

O bildirib ki, Azərbaycan Ermənistanın vurduğu ziyanlar üzrə kompensasiyalar tələb edir. 

 

“Azərbaycan Ermənistanın cinayətlərinə, o cümlədən təbii sərvətlərin qanunsuz istismarına, ekoloji terroruna görə bir sıra müraciətlər hazırlayaraq bunu beynəlxalq instansiyalara çatdıracaq”, - deyə nazir bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Aygünün beş obrazı

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf