"Siyasi məsələ deyil deyə, iştirak etmirik, amma..."

11:08 29-12-2022 | icon 401 | Siyasət
"Siyasi məsələ deyil deyə, iştirak etmirik, amma..."

Fuad Əliyev: "Məsələ siyasiləşsə, orada birinci cərgədə durub etirazımızı bildirəcəyik"

 

"Xankəndi-Şuşa yolunda keçirilən dinc aksiya yavaş-yavaş öz nəticəsini verir".



Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.



ALDP sədri partiya olaraq ilk gündən bunu dəstəklədiyini vurğulayıb:

 

"Mən sadəcə orada iştirak etməyi düşünmürəm və özümü orda görmürəm. Çünki siyasi məsələ deyil ki, mən də aksiyada iştirak edim. Bizim mediaya verdiyimiz müsahibələri, fikirləri elə dəstək kimi qiymətləndirmək olar. Bizim dəstəyimiz bu formadadır. Siyasi məsələ olsaydı, sözsüz ki, orada birinci cərgədə durub öz etirazımızı bildirərdik. Amma yenə də qeyd edirəm ki, qeyri-hökumət təşkilatlarının, ekofəalların iştirakına və etirazlarına qoşuluruq. Bu aksiyanı dəstəkləyirik və çalışırıq ki, keçirilən bu dinc aksiya ilə bağlı xaricdə bizə mütəffiq olan siyasi təşkilatları, partiyaları da məlumatlandıraq. Biz demək olar ki, həftədə iki dəfə əlaqə saxlayıb, keçirilən aksiya ilə bağlı məlumatları göndəririk". 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Aygünün beş obrazı

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf