Çoxmərtəbəli yaşayış binasında yanğın olub


Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.
Hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, Nazirliyin 112 qaynar xəttinə Nəsimi rayonu Cavad xan küçəsində, çoxmərtəbəli yaşayış binasında mənzildə yanğının başlaması barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in yanğından mühafizə və xüsusi riskli xilasetmə xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb.

Xəbər lenti

Türkiyədə zəlzələ qurbanlarının sayı 8 mini keçdi
Zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb