"Bələdiyyə rəhbərliyi və məclisində olan bu ermənilər iqtidar partiyasının üzvləridir"

23:15 26-01-2019 | icon 312 | Cəmiyyət
"Bələdiyyə rəhbərliyi və məclisində olan bu ermənilər iqtidar partiyasının üzvləridir"

 

Gürcüstanın tarix boyu separatizm toxumlarının cücərdiyi Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyması Azərbaycanda aktual müzakirə mövzularından biridir. Sosial şəbəkə və saytlarda bu hadisə ilə bağlı müxtəlif fikirlər yazılır. Daha çox bu hadisənin baş verməsində müxtəlif aspektlərdən Gürcüstandakı azərbaycanlılar ittiham edilir. 



Versus.Az Avrasiya.net-ə istinadən xəbər verir ki, Gürcüstan Azərbaycanalıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov açıqlamasında bunun həqiqətən də iyrənc bir hadisə olduğunu vurğulayıb:

 

“Biz həmin dəqiqə olayı analiz edib işin gerçəyini təsbit edib və kordinasiya yaratmalıydıq. Biz deyəndə ümumiyyətlə, azərbaycanlıları nəzərdə tuturam, həm burda yaşayanlar, həm Azərbaycandakılar, həm müxalifətdə olanlar, həm iqtidarda olanlar, həm də QHT- lər. Biz öncə ən gözəl bacardıqlarımızı edirik. Bakıdakılar borçalıları, biz isə Bakıdakıları günahlandırmağa başladıq. Yəni “günah keçisi” ovuna çıxdıq. Olay nədən ibarətdir. Gürcüstanın öznüidarəetmə qanunlarına əsasən bu tip qərarları rayon bələdiyyəsi verir. Yəni heykəl qoyulması, parklara, küçələrə ad vermək. Axalkalaki və Ninosminda rayonlarında bütün rəhbərlər və bələdiyyə deputatlarının 80 faizə yaxını etnik ermənilərdi. Etnik gürcülər olan quberniya rəhbərliyi bu bələdiyyə qərarına göz yumur. Bələdiyyə rəhbərliyi və Bələdiyyə məclisində olan bu ermənilər hamısı iqtidar partiyasının üzvləridi. Həmin partiya rəhbərliyi hara baxırdı? Həmin partiyanın siyasi şurasında olan azətbaycanlılar hara baxırdı? Onların bəzilərinə diaspor fəaliyyətinin genişlənməsi üçün Diaspor Komitəsinin sabiq sədri Nazim İbrahimov son on ildə 5 milyon manata yaxın pul verib”.


GAK sədri onu da vurğulayıb ki, bizim, yəni həm burdakılardan, həm Bakıdakı ziyalılarımızdan təkliflər gəlir - gəlin biz də öz qəhrəmanlarımıza heykəllər yüksəldək:

 

“Vallah, ürəyim partlamaq dərəcəsindədir, onsuz da xəstə olan ürəyim... Qardaşım, biz 10 qəhrəmanımıza heykəl qoyaraq, 10 terroristin heykəlinə izin vermərik. Budumu ağıl, budumu o savad deyilən şey? Bizim müqəddəs qəhrəmanlarımızı o terrorçularla eyni tərəziyəmi qoymalıyıq? Xahiş edirəm, o igid balalarımızın ruhunu incitməyək Bələdiyyə qərarını, ya bələdiyyə məclisinin özü, ya da məhkəmə ləğv etmək haqqına malikdir. Burda söhbət separatistdən gedirsə, Gürçüstan etnik separatizmə 2 bölgəsini qurban verib. Yəni burada bunların təbliği qanunla qadağandır. Heykəl təbliğin ən bariz nümunəsidir. Deməli yol birdir: məhkəmə, Anayasa məhkəməsi. Azərbaycanda da Nazim İbrahimova və ortaqlarını cinayət məsuliyyətinə almaq. Rəhmətlik ulu öndər bu Diaspora komitəsini necə böyük həvəslə, böyük siyasət üçün qurmuşdu. Bu parazitlər oranı böyük biznesə çevirdilər. Və prezident İlham Əliyev qovdu onları, dağıtdı o tülkülər məclisini”.



H.Yusubov onu da vurğulayıb ki, günah keçiləri olaraq bizim deputatlarımızı tapdıq və hamı başladı onlara yüklənməyə. Savalan da Ruslan da, Azər də hər üçü milli məsələlərə həmişə açıqdılar. Onların hər üçü olduğu partiyalarda ciddi hörmət sahibləridir. Onların o ağırlığı bizlərə bir çox məsələlərin həllində yardımçı olub:

 

“Onları təhqir edərək hörmətdən salanda, nüfuzdan salanda qazandığımız nə olur? Onlar da bəyanat verdilər. Araşdırırlar və parlamentin yaz sesiyasında parlament tribunasından hamımızın fikirlərini səsləndirəcəklər. Heykəlin qoyulması ilə bağlı qərar nə vaxt verilib? Bu sualın cavabı dəqiqləşməlidi, araşdırma deyəndə bunu nəzərdə tuturam”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Jurnalistin qardaşının evi yenə qarət edildi

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb