TƏKLİF: Naxçıvanda aksiyalar keçirilsin


“Aidiyyəti dövlət qurumları Bakının tıxac probleminin həllində aciz qalıblar”.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, şəffaf tender keçirilməli və xaricdən ekspertlər dəvət olunmalıdır:
“Bu ekspertlər gəlib təkliflər verməlidirlər. Nəinki yollarda, Bakı metrosunda da acınacaqlı vəziyyət hökm sürür. Metrodan elə fotolar paylaşılır ki, adam dəhşətə gəlir”.
Millət vəkili çıxışında Şuşa-Xankəndi yolundakı aksiyaların davamı kimi Naxçıvanda da eyni tədbirlərin keçirilməsini təklif edib:
“Naxçıvanda da aksiyalar keçirilə bilər, çünki Naxçıvan 30 ildir blokadadır. Naxçivanda da Naxçıvana yolun açılması üçün aksiyalar keçirilsə yaxşı olar”.

Xəbər lenti

Türkiyədə zəlzələ qurbanlarının sayı 8 mini keçdi
Zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb