“Qarabağda Vardanyanın- separatçıların cavabı verilməlidir”

15:22 24-12-2022 | icon 131 | Qarabağ
“Qarabağda Vardanyanın- separatçıların cavabı verilməlidir”

 

 

 Erməni separatçılarının 10 gündür çalışdıqları mitinq dünən Xankəndi şəhərinin mərkəzində baş tutdu. Erməni milyarder Ruben Vardanyan 30 oktyabr aksiyasında olduğu kimi, mitinqdə kütləviliyi təmin etmək üçün yenə kisənin ağzını açdı.

 

Vardanyan Xankəndi ətrafından gələnlərin nəqliyyat xərclərini də yenə üzərinə götürüb. Bundan başqa o, iştirakçıların hər birinə gəldikləri məsafədən asılı olmayaraq 30-40 dollar paylayıb.

 

Diqqətçəkən bir məqam isə Xankəndidə məskunlaşan sadə ermənilərin mitinqə gəlməyə məcbur edilməsidir. Separatçılar aksiyada iştirak etmək istəməyənləri işdən qovulacaqları ilə hədələyib. Bu da azmış kimi, Xankəndi sakinlərinin sosial şəbəkə hesabları izlənilir, təftiş edilir. Hətta aksiya əleyhdarı olan bir çox erməninin döyüb işgəncə verilməsinə dair faktlar var.

 

Vardanyan son sözünü dedi, Bakının cavabı nə olacaq.

 

Politoloq Turan Rzayev Versus.az-a şərhində bildirib ki, Vardanyanın məhz ötən gün Xankəndidə aksiya keçirməsi təsadüfi deyildi.  Dekabrın 26-27-də Müstəqil Dövlətlər Birliyinin (MDB) liderlərinin Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il ərəfəsində qeyri-rəsmi sammiti keçirəcəyini nəzərə alaraq Vardanyan öz məzhəbincə nəyəsə  nail olmaq istəyir. Politoloq Vardanyanın “xəyalları” sırasında bir neçə məsələnin yer aldığını önə çəkib.  Və bunu  Vardanyanın ikinci cəhdi olduğunu xatırladıb.

“Oktyabrın 30-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş ərəfəsində Vardanyan Xankəndidə mitinq təşkil etdi. Vardanyan bu iki cəhdlə faktiki olaraq separatçı-terrorçu rejimin danışıqlar prosesində “tərəf” olaraq qəbul etdirilməsinə çalışır.

 

Vardanyan yaxşı bilir ki, separatçılar mövzusunda həm Qərb ölkələri, həm də Rusiya ortaq mövqeyə malikdir. Buna görə də mühüm görüşlər öncəsi aksiya təşkil edərək “Qarabağ əhalisi Bakını istəmir” mesajını ötürür.

 

Vardanyan mitinqdə çıxışı zamanı açıq şəkildə bildirib, daha doğrusu sərəsəmləyib ki,  “Birincisi – Azərbaycana inteqrasiya olunuruq, ikincisi, burdan köçüb gedirik, üçüncüsü, savaşırıq. Mən 2 sentyabrda qərar vermişəm ki, Azərbaycana tabe olmayacam, buradan getməyəcəm, mübarizə aparacam. Hər şeyimi müstəqilliyə qurban verəcəm. Möcüzə gözləməyin, möcüzə olmayacaq, qarşıda bizi olduqca çətin yol gözləyir”. Bu, Bakıya qarşı açıq müharibə elanı etməkdir. Vardanyan beləcə son sözünü demiş oldu”.

 

Politoloq hesab edir ki, rəsmi Bakı indiki məqamda həm Ermənistana, həm separatçılara, həm də digər üçüncü tərəf sayılacaq qüvvələrə layiqli cavab verməli, ən yaxşı halda Şuşa-Laçın yolundakı aksiyaların miqyasını artırmalıdır. Konkret desək, aksiyalara dövlət dəstəyi verilməli, mövcud aksiyaçı sayı 5-10 misli artırılmalıdır. Beləcə, Laçın yolunda aksiyanın davamlılığı və nəzarətin müəyyən qədər artırılması ola bilər.

 

Tahirə 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb