Park Cinemada “Toy Tələsi”nə düşə bilərsiz

18:03 04-01-2023 | icon 371 | Film
Park Cinemada “Toy Tələsi”nə düşə bilərsiz

“Toy Tələsi” filminin qala gecəsi yanvarın 5-də baş tutacaq. Təqdimat Park Cinema-nın "Flame Towers" filialında keçiriləcək.

 

Versus.Az xəbər verir ki, filmin ssenari müəllifi Yeganə Kərimzadə, quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyev, prodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova, mətbuat katibi Elnarə Dərziyevadır.

 

"Toy Tələsi" filmi rəsmi dövlət reyestrindən keçib. Azərbaycan film fonduna tragikomediya kimi daxil edilib.

 

Qeyd edək ki, "Toy tələsi”nin qala gecəsi yanvar ayının 5-də saat 19:00-da Park Cinema "Flame Towers" filialında gerçəkləşəcək.

 

Təqdimatda gənc müğənni Rəvan canlı ifası ilə sizlərin qarşısında çıxış edəcək.

 

Musiqili təqdimatda  hamının ağız dadı olan “Ləzzət” Şirniyyat evi kino izləyiciləri üçün foyedə furşet masası  təşkil edəcək.

 

Təqdimat gecəsinə biletləri əldə etmək üçün www.parkcinema.az saytına keçid edə bilərsiniz.

 

Xatırladaq ki, komediyasevərlər tammetrajli, 90 dəqiqəlik "Toy Tələsi” bədii filmini yanvarın 5-dən etibarən Park Cinema kinoteatrlar şəbəkəsinin bütün kinoteatrlarında izləyə biləcəksiz.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ölkəmizdəki canlı MİNALAR

Putin Vardanyanı dəstəkləmir

Səfirliyimizə hücum edən terrorçu Azərbaycana gətiriləcək?

Döş qəfəsində ağrı nədən xəbər verir?

İranda molla rejimi əleyhinə aksiyalar genişlənib

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

Riyaz Sarıkahya İlham Əliyevə başsağlığı verib

Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə müzakirə olunub

Gözəlliyin gətirdiyi risklər

Ağdam rayonunun Kosalar kəndi

Məsciddə kamikadze özünü partlatdı

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

Erməniəsilli şəxslər Xankəndiyə aparılıb

İranın Azərbaycana tarixi münasibəti-Açıqlama