Qazilərimiz Mersinin azad olunması tədbirlərinə qatılıb

18:07 04-01-2023 | icon 300 | Cəmiyyət
Qazilərimiz Mersinin azad olunması tədbirlərinə qatılıb

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup qazinin Türkiyəyə səfəri başlayıb.

 

Mersinin azad olunmasının 101-ci ili münasibəti ilə keçirilən tədbirə qatılan qazilərimizi Mersin Valisi  Əli Həmzə qarşılayıb.

 

Mersinin azad olunmasına həsr olunmuş yürüş keçirilib. Daha sonra Mersin  Valiliyində tədbir keçirildi. Tədbir TC Prezidenti Rəcəb Təyyub Ərdoğanın təbrik məktubunun tədbir iştirakçılarına çatdırılması ilə açıldı.

 

Mersin valisiAli Həmzə Pəhlivan Mersinin azad olunması tarixindən danışaraq böyük günün əhəmiyyətini vurğuladı.

 

Ağ Dəniz Bölgü və Qarnizon komutanı Tüm admiral Fuad Gədik 101 il öncə türk əsgərlərinin göstərdikləri qəhrəmanlığı və bu hadisənin tarixə qızıl hərflərlə yazıldığını, bu hadisənin heç zaman unudulmyacağını qeyd etdi.

 

Mersin Böyükşehir belediyye başqqnı Vahab Seçər gün münasibəti ilə xalqı təbrik etdi və tarixi günü Türkiyəyə gələrək qeyd edən Azərbaycan qazilərə  təşəkkür etdi.

 

Jandarm qüvvələri xüsusi bacarıqlarını nümayiş etdirdikdən sonra Milli Xalq Oyunları qrupu rəqsləri başladı.

 

Azərbaycanlı qazilər Mersin Şəhidlər Xiyabanını ziyarət edib, məzarlara gül qoyaraq hörmət əlaməti olaraq şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.

 

Şəhidlər Xiyabanının ziyarətindən sonra qazilərimiz Muharib Qazilər Dərnəyinin Mersin şöbəsində qonaq olublar. Tədbirdə Mersin Valisi, Bələdiyyə başkanı, Ak dəniz bölgə və Dəniz komutanı iştirak etdilər. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli dövlət rəsmilərinə qiymətli hədiyyələr təqdim edib.



Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb