HƏDƏF: Qərbi Azərbaycana QAYIDIŞ

08:51 05-01-2023 | icon 354 | Siyasət
HƏDƏF: Qərbi Azərbaycana QAYIDIŞ

Fuad Əliyev: "Cəmiyyət olaraq bu məsələdə çox aktiv olmalıyıq"

 

“Vətən müharibəsindən sonra əsas hədəfimiz azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını reallaşdırmaqdır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri vurğulayıb ki, dövlət başçısı İlham Əliyev dekabrın 24-də çıxışında bu məsələyə xüsusi toxunub:

 

“Vətən müharibəsindən sonra əsas hədəfimiz azərbaycanlıların Qərbi Azərbaycana qayıtmasıdır. Dövlət başçısı İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın qayıdışı dövlət üçün prioritet məsələdir. Hesab edirəm ki, biz hamımız, cəmiyyət olaraq bu məsələdə çox aktiv olmalıyıq. Hədəfimiz bəlli. İndi qalıb təbliğat işlərin gücləndirilməsi. Artıq partiya olaraq Qərbi Azərbaycanla bağlı topladığımız tarixi materialları hissə-hissə ingilis və rus dillərinə tərcümə edərək əməkdaşlıq etdiyimiz xarici ölkələrin partiyalarına, Avropa Parlamentinin deputatlarına və beynəlxalq təşkilatlara göndəririk”.

 

Fuad Əliyevin fikrincə, əgər ermənilər Azərbaycan qanunlarına uyğun qaydada Qarabağ iqtisadi zonasında yaşıyacaqlarsa, onda Azərbaycanın tarixi torpaqları hesab olunan, indiki Ermənistanda yaşamış və sonra deportasiya olunan soydaşlarımızın qayıdışı və onlara yaşamaq üçün həmin hüquq verilməlidir:

 

“Əgər Qarabağ erməniləri Azərbaycanda yaşamaq istəyirsə, bizim soydaşlarımıza da dədə-baba torpaqlarımızda yaşamaq hüququ verilməlidir. Hesab edirəm ki, ermənilər Azərbaycanda hansı şəraitdə yaşayacaqsa, bizim soydaşlarımız da Ermənistanda o şəraitdə yaşamalıdır. İnanıram ki, belə də olacaq”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Məhkəmədə etiraf

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Daşaltı əməliyyatının 31-ci ili