Minik avtomobili aşdı


Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Versus.Az xəbər verir ki, hadisə rayonun Zəyəm kəndində qeydə alınıb.
Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü - 1997-ci il təvəllüdlü Murad Daşdəmirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /APA/

Xəbər lenti

Türkiyədə zəlzələ qurbanlarının sayı 8 mini keçdi
Zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb