Dünyada 2023-cü il daxil olmayan yerlər

08:31 06-01-2023 | icon 296 | Maraqlı
Dünyada 2023-cü il daxil olmayan yerlər

“38 yaşımdan 40 yaşa bir neçə ay fasilə ilə keçdim, bir neçə dəfə 41 yaşında oldum, sonra yenidən iki dəfə 40 yaşlı oldum”.

 

Bunu “Duz və Kədər Evi” kitabının müəllifi Erin Kreyq insanların müxtəlif təqvimlərə görə zamanı yaşamasına aid məqaləsində qeyd edib.

 

Onun sözlərinə görə, dünyada insanlar fərqli təqvimlərlə yaşayırlar və bəziləri üçün bu, qeyri-adi ad günü ilə nəticələnir.

 

“Hazırda bütün dünyada 2023 yeni başlayıb. Amma Myanmaya gedirsinizsə, 1384-cü ilə qayıdacaq, Tailandda isə 2566-ya keçə bilərsiniz. Efiopiyalılar 2015-ci ilə girmək üzrədirlər, çünki bir ili 13 ay hesablayırlar”.

 

 

Kreyq təqvimin bəzən hətta eyni ölkədə yaşayanlar üçün fərqli olduğunu bildirib.

 

“Bu gün ibadət edən mərakeşli üçün 1444-cü ildəyik, amma fermerlər üçün 2972-ci ildir”.

 

Yazıçı yaşadığı Cənubi Koreyada yeni ili hər kəsin öz ad günü kimi qeyd etdiyini bildirib.

 

“Bu, mənim necə oldu ki, 40 yaşıma üç dəfə girdiyimi izah edə bilər. Belə ki, cənubi koreyalılar 1 yaşında doğulurlar. Beləliklə hər kəsin yerli və beynəlxalq (sıfırdan başlayaraq) təqvimlə iki rəsmi yaşı var. Bundan əlavə, yanvarın 1-də bütün ölkə birlikdə daha bir yaşlarını qeyd edirlər. Beləliklə, üç fərqli yaşda olursan. Bundan əlavə, koreyalılar şəxsi ad günlərini Qriqorian təqvimi və ya ənənəvi Ay təqvimi ilə qeyd etməyi seçə bilərlər. Texniki cəhətdən mən ad günümü 6 dəfə qeyd edə bilərdim, amma kim 40 yaşı olduğuna bu qədər xoşbəxt ola bilər ki?” – deyə Kreyq sözlərini bitirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb