Mayın 21-nin “Bakı günü” kimi qeyd olunması təklifinə DƏSTƏK

09:31 06-01-2023 | icon 320 | Cəmiyyət
Mayın 21-nin “Bakı günü” kimi qeyd olunması təklifinə DƏSTƏK

Rəşad Ramizli: "Dəstək almaq üçün partiya, QHT, ziyalılarla görüşlərimiz olacaq”

 

“ALDP olaraq, yaranan gündən müxtəlif sahələr üzrə təkliflərimizi Prezident Administrasiyasına və Milli Məclisə təqdim etmişik”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Rəşad Ramizli bildirib.

 

O, partiya olaraq dövlət və dövlətçiliyin qorunması, siyasi, iqtisadi, sosial, mədəni sahələrdə islahatların aparılması, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərdiklərini qeyd edib:

 

“ALDP olaraq demək olar ki, yaranan gündən müxtəlif sahələr üzrə təkliflər paketləri Prezident Administrasiyasına, Milli Məclisə göndərilib. Proporsional seçki sisteminin bərpası, Milli Məclisin üzvlərinin sayının artırılması ilə bağlı təkliflər göndərmişik. İqtisadi, sosial problemlərin qaldırılması ilə bağlı təkliflərimiz olub. “Siyasi partiyalar” haqqında yeni qanunun qəbul olunması ilə bağlı müzakirələrdə aktiv iştrak etmişik”.

 

Rəşad Ramizli partiya olaraq Bakı şəhər merinin seçkisinin keşirilməsi məsələsinin gündəmdə daima saxladığını vurğulayıb:

 

“2008-ci ildə Azərbaycan Avropa Şurasına üzv olan digər ölkələr kimi paytaxt merinin seçkilər yolu ilə müəyyənləşməsi öhdəliyinə imza atıb. Bildiyimə görə, hələ də Bakı Avropa Şurasına üzv olan ölkələrin paytaxtları sırasında yeganə paytaxtdır ki, mer seçkisi keçirilməyib. Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisini keçirilməsi məhz öhdəliyə görə yox, ən əsası Bakı sakinləri üçün vacibdir. Bununla bağlı təkliflərimizi müvafiq qanunun qəbul olunması üçün Milli Məclisə ünvanlamışıq”.



R.Ramizli Bakı meri ilə bağlı ALDP sədri Fuad Əliyevin təklifininə də diqqət çəkib:

 

"Fuad Əliyev 21 may tarixini “Bakı günü” kimi qeyd olunmasını təklif edib. “Bakı günü” ilə bağlı keçmişdə təşəbbüslər olub və təssüflər olsun ki, müzakirələrlə kifayətlənib. Müzakirələr zamanı bir neçə müxtəlif təkliflər irəli sürülüb. Amma dünya praktikası var. Dünya praktikasında şəhərin əsasını qoyulan tarix əsas götürülür. Misal üçün, İtalyanın paytaxtı olan Roma şəhərin e.ə. 753 il, Fransa paytaxtı Paris şəhəri e.ə. III əsr, Rusiya paytaxtı Moskva şəhərinin yaranması tarixi 1147-ci il əsas götürülüb.

Belə misalları çox çəkmək olar. Fikrimcə, biz də Azərbaycanın paytaxtı Bakı və digər şəhərlərin tarixdə əsası qoyulan ilə, əsrə istinadən qeyd edə bilərik. Misal üçün, tarixçilərə istinadən, Bakının Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. 3–1 minilliklərə aid arxeoloji abidələrin tapılmasına baxmayaraq, Bakı şəhərin əsası I əsirdə qoyulmuşdur. 21 may 1843-cü ildə isə Bakı şəhərin ilk rəsmi gerbi təsdiq olunmuşdur. ALDP sədri buna əsaslanaraq mayın 21-nin “Bakı günü” kimi qeyd olunmasını təklif etmişdir. Bununl bağlı BŞİH başçısı Eldar Əzizova müraciət etmişik. Bu təklifə dəstək almaq üçün partiyalar, QHT, ziyalılarla görüşlərimiz olacaq”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Aygünün beş obrazı

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf