SEPAH-ın hədə-qorxu videosu bir etirafdır

12:09 09-01-2023 | icon 293 | Siyasət
SEPAH-ın hədə-qorxu videosu bir etirafdır

Tehran Azərbaycana qarşı hərbi müdaxiləyə cürət etməz

 

 

 

VÜQAR DADAŞOV
/MCP sədr müavini, hüquqşünas/

 

Tehran dövlətinin, fars molla rejiminin Azərbaycan xalqına, türk etnosuna qarşı dəyişməz və barışmaz qanlı düşmənçiliyinin genetik forması aksioma kimi əlavə sübuta ehtiyacı olmayan faktdır. Son iki əsrdə farsların türk etnosuna qarşı nifrəti siyasi dövlət quruluş formasından asılı olmayaraq son dərəcə amansız olub və faktiki olaraq 1813-cü ildən bu yana Azərbaycan xalqının, türk etnosunun və dövlətçiliyinin məhv edilməsi milli strateji hədəf kimi həyata keçirilib.

 

Fars şovinizmi elə şüuraltı təsəvvür yaradıb ki, fars dövlətçiliyinin mövcudluğunun təhlükəsi kimi Azərbaycan xalqı, türk etnosu hesab olunur. Nə qədər acı olsa da qeyd edilməliyik ki, farslar açıq silahlı və hərbi müdaxilə istisna olmaqla Azərbaycana qarşı faktiki "soyqırım"ın bütün digər vasitələrini həyata keçirir. 2022-ci ildən Azərbaycan Respublikasına qarşı Tehran fars molla rejimi Ermənistanda Qafanda Konsulluq açmaqla indiyə qədər riyakarcasına maskalamağa çalışdığı genetik düşmənçiliyin açıq müstəviyə keçirdi. Bu vaxta kimi səbirli, konstruktiv və mehriban qonşuluq prinsipinə siyasət yeridən Azərbaycan Respublikası da Tehran dövlətinə adekvat siyasi kursa keçdiyini rəsmən bəyan etdi.

 

Tehran dövlətinin bütün aqressiv siyasətinə Azərbaycan dövləti daha təsirli simmetrik qarşılıq verir. Qarşıdurmada ən vacib, əhəmiyyətli gediş isə Tehran dövlətinin elan etdiyi düməni Israildə Azərbaycanın səfirlik açması oldu. Hərçənd ki, səfirlik belə olmadan da İsrail dövləti Azərbaycan ərazilərinin Ermənistan və onun havadarları tərəfindən işğalı zamanı özünü Azərbaycana etibarlı müttəfiq olduğunu sübut etmişdi.

 

2023-cü ilin ilk günləri yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli şəxslərinin iştirakı ilə görüşü keçiriləcəyi haqqında məlumat yayıldıqdan sonra Tehran dövlətinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən öz xislətinə uyğun Azərbaycana qarşı təhdidedici videolar yaymağa başlayıb. Həmin videolardan birində SEPAH-ın Bəsic Müqavimət Qüvvəsi Şimali Azərbaycan Respublikasının dövlət sərhəddi pozaraq güya Xudafərin körpüsündən Azərbaycana hücüm edir, sonra İsrailə Qüdsə tərəf hərəkət edir. Sözsüz ki, Tehran dövlətinin, fars molla rejiminin bacara biləcəyi ancaq öz yararsız ordusu ilə gülünc tamaşa səhnəsidir. Ancaq bu tamaşa özlüyündə bir neçə mətləblərə müəyyən aydınlıq gətirməsi ilə diqqət çəkir.

 

Əvvəla Tehran dövləti faktiki olaraq Azərbaycan İsrail dövlətlərini konkret müttəfiq olduğunu qəbul edir və hər bir halda Azərbaycanla bağlı planlarında Türkiyə başda olmaqla, israil və Pakistanı da özünə düşmən və səngər görür. Bəli, əslində SEPAH-ın təqdim etdiyi sözügedən hədə-qorxu tamaşa videosu bir etirafdır ki, heç bir halda Tehran dövləti Azərbaycana qarşı heç bir hərbi müdaxilə etməyə cürət etməz. Baxmayaraq ki, Azərbaycan heç bir müttəfiqinin köməyi olmadan Tehran dövlətinin bütün oyuncaq ordusunu məhv etmək imkanına malikdir. Ümumiyyətlə isə Tehran dövləti öz düşmənçiliyini açıq müstəviyə keçirməklə rəsmi Bakının doplomatik və hərbi imkanlarını artırmaqla həmçinin siyasi manevr imkanlarını da genişləndirmiş oldu. Ən əsası isə odur ki, Azərbaycan düşmənin kim olduğunu və onu öz adı ilə tanımağı ilə hədəflərimizi də aydın müəyyən edib. Bu isə dövlət siyasətində ən vacib şərtdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf