NASA peykinin qalıqları Yerə düşə bilər


ABŞ peyki yanvarın 8-də axşam saatlarında Yerin atmosferinə daxil olub. Onun fraqmentləri planetin səthinə düşə bilər.
NASA-nın məlumatına görə, peykin böyük hissəsi atmosferdən keçən zaman yanacaq, lakin bəzi komponentlərin Yerə düşməsi mümkündür.
“Qalıqların Yer kürəsində nəyəsə zərər vurması riski çox aşağıdır, təxminən 9400-də 1-dir”, - qurumdan bildirilib.
Qeyd edək ki, Yerdəki radiasiya səviyyəsini tədqiq edən ABŞ peyki ERBS, NASA-nın Yer Radiasiya Təcrübəsi missiyasının üç peykindən biridir. O, 1984-cü ildə “Space Shuttle Challenger” kosmik gəmisilə aşağı Yer orbitinə buraxılıb. Aktiv olmayan peykin çəkisi təxminən 2,5 tondur. Peyk 2005-ci ildə fəaliyyətini dayandırıb.

Xəbər lenti

Türkiyədə zəlzələ qurbanlarının sayı 8 mini keçdi
Zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb