Yevlaxda kanalda batan şəxs kimdir?


Yuxarı Şirvan kanalında batması ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 1983-cü il təvəllüdlü Kərimov Rəşad Rafiq oğlunun axtarışlarına başlayıblar.
Əlverişsiz hava şəraitinə baxmayaraq, vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Xəbər lenti

Şəhid ailələri və qazilərlə bağlı YENİLİK
Bu layihə ianələr hesabına baş tutur