Səfirlərin Bakı görüşü nədən xəbər verir?

14:29 10-01-2023 | icon 264 | Siyasət
Səfirlərin Bakı görüşü nədən xəbər verir?

Nizami Verdiyev: "ALDP həmişə İsraillə əməkdaşlığın dərinləşməsinin tərəfdarı olub"

 

İsrail Azərbaycanın mövqeyini həmişə müdafiə edib”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev İsrailin Avrasiya ölkələrindəki səfirlərin Bakıda keçiriləcək tədbirini şərh edərək bildirib.

 

Nizami Verdiyev qeyd edib ki, səfirlərin görüşünün Bakıda keçirilməsi iki ölkə arasında qarşılıqlı inamın göstəricisidir:

 

"Azərbaycan-İsrail əlaqələri sürətlə inkişaf edir. Bu inkişaf hər iki ölkənin marağındadır. İsrail Azərbaycanın mövqeyini həmişə müdafiə edib. Partiya olaraq, İsraillə əməkdaşlığın dərinləşməsinin tərəfdarı olmuşuq və bütün məsələlərdə onların mövqeyini dəstəkləmişik”.

 

Nizami Verdiyev Azərbaycanın İsraildə səfirliyinin açmasını da münasibətlərin inkişafına təkan verəcəyini vurğulayıb:


“Bu məsələdə də ALDP Azərbaycanın İsraildə səfirliyinin açılmasının tərəfdarı olub və həmişə bu məsələni gündəmdə saxlayıb. Artıq səfirliyin açılması ilə bağlı qərar var və səfir də təyin olunub. Muxtar Məmmədova müvəffəqiyyətlər arzulayırıq və ümid edirəm ki, onun dövründə Azərbaycan-İsrail münasibətləri daha da yüksələcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf