“Omikron” deyil, bəs nədir?

14:33 10-01-2023 | icon 313 | Sağlamlıq
“Omikron” deyil, bəs nədir?

Dekabr ayından başlayaraq ilkin klinik əlamətlərindən biri temperaturun kəskin yüksəlməsi olan virus infeksiyasının sıçrayışlı artımı müşahidə edilir. Qrip və koronavirus əlamətləri olan epidemiya səhhəti zəif insanlarda ağırlaşmalara səbəb olub. Təcili yardıma çoxsaylı müraciətlər daxil olub. Digər tərəfdən də Ümumdünya Səhiyyə Təşkilatının “Omikron XBB.1.5” adlanan subvariantının ortaya çıxması ilə bağlı xəbərdarlığı əhali arasında narahatlığa səbəb olub. Subvariant artıq 30-dan çox ölkədə aşkar edilib. Bu yeni ştamm daha böyük yoluxma dalğası ilə nəticələnə bilər.

 

Eləcə də Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qeyd edib ki, hazırda “Omikron XBB.1.5” ştammının Azərbaycanda yayılmasının təsdiqi yoxdur.  

 

O zaman şikayətlərin artmasına səbəb olan xəstəlik nədən qaynaqlanır? Koronavirus ştammından nə ilə fərqlənir?

 

Mövzu ilə bağlı açıqlama verən infeksionist Vüqar Cavadzadənin sözlərinə görə, hazırda yayılan xəstəliyin əlamətləri “Omikron” ştammına uyğun gəlmir:

 

 

“Ölkədə yayılan xəstəlik, hesab edirəm ki, kəskin respirator virus infeksiyalarına aiddir. Gedişi, kliniki əlamətləri qripə bənzəyir. Xəstəliyin kəskin başlaması, xəstələrin qısa müddətdə əmək qabiliyyətlərinin pozulması - bunlar hamısı qripə məxsusdur. Eyni zamanda qripə məxsus əlamətlər yüksək temperaturun, əzələ, sümük ağrılarının olmasıdır. Bu əlamətlər heç bir halda “Omikron” ştammına uyğun gəlmir”.

 

V.Cavadzadə qeyd edib ki, “Omikron”a yoluxanda xəstəlik tədricən başlayır, xəstəni əlamətlər narahat etmir:

 

“Biz əlamətləri diferensasiya etsək, görərik ki, “Omikron” ştammında qızdırma 37-38 dərəcə, qripdə isə yüksək olur. “Omikron” tədricən başlayır, xəstəni əlamətlər narahat etmir, o, cəmiyyət arasında gəzir. Qrip kəskin başlayır. İlk gündən xəstənin əmək qabiliyyətini pozur. Xəstə ilk gündən yatağa düşür, müalicə etdirir. Xəstəliyin əlamətlərinin kəskinləşməsi qripdə üç-dörd gün davam edir. “Omikron” boğaz ağrısı ilə başlayır. Bütün infeksion xəstəliklərin hamısı dövrlərlə gedir. Dövr yekunlaşandan sonra xəstə sağalır. COVID-19-un özü də dövrlərlə gedir”.

 

İnfeksionist əlavə edib ki, ağırlaşmalar yuxarı və aşağı tənəffüs yolu xəstəliklərini yaradır:

 

“Əsas əlamət temperaturun olmasıdır. Ondan sonra əlamətlərin sönməsi başlayır. Temperatur düşür, əzələ, sümük ağrıları keçir. Xəstə özünü gümrah hiss edir, tədricən sağalır. Ağırlaşmalar baş verərsə, yuxarı və aşağı tənəffüs yolunun iltihabı xəstəlikləri müşahidə oluna bilər”.

 

Terapevt Abbas Bağırov qeyd edib ki, adi respirator infeksiyalar zamanı da COVID testi götürülür:

 

 

“Yayılmış virus infeksiyalarının laborator müayinəsi zamanı COVID testinin nəticəsi pozitiv çıxır. Bu, virusların strukturundan asılıdır. Digər xəstəliklərdə də laborator müayinələrdə belə uyğunluq ola bilər.

COVID qədər, qrip və rotavirusların yayılmasını hər zaman görmüşük, epidemiya xarakteri alıb. Kütləvi şəkildə immunitetin zəiflədiyi bir vaxtda, soyuq aylarda hər zaman yuxarı tənəffüs yolu infeksiyalarına rast gəlinir. İndi COVID-19 populyar olduğundan bütün infeksion xəstəliklərə yoluxanlar koronavirus şübhəsi ilə test edilirlər. Çox zaman da test müsbət çıxır”.

 

A.Bağırov əlavə edib ki, COVID-19-un yeni ştammı haqda konkret bilgilər yoxdur:

 

“COVID-19-un yayılmasında yeni bir canlanma başlayır. Yenidən yoluxanların sayında artım müşahidə edilir. Artıq hava-damcı yolu ilə yayılan infeksiyalar daha da çoxalıb. Sadəcə, immunitet zəifləyib, hava soyuyub. Ona görə daha çox yayılma müşahidə edilir.

Hər bir virusun mərkəzi sinir sisteminin qabığından tutmuş, istənilən bir toxumaya zərəri, fəsadı ola bilər. Qan-damar sisteminə, qaraciyərə, görmə qabiliyyətinə, sinir və böyrəklərə təsiri olur. Hansı toxumaya, orqana enerji tədarükü azalırsa, virus orada fəsad yaradır. Bu da orqanizmdən asılıdır. Hər orqanizmin fərqli strukturu var. Bir orqana enerji az daşınır, buna görə də immunitet zəif olur. İstənilən virus infeksiyaları, mikroblar toxumada fəsad törədə bilər”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ölkəmizdəki canlı MİNALAR

Putin Vardanyanı dəstəkləmir

Səfirliyimizə hücum edən terrorçu Azərbaycana gətiriləcək?

Döş qəfəsində ağrı nədən xəbər verir?

İranda molla rejimi əleyhinə aksiyalar genişlənib

Riyaz Sarıkahya İlham Əliyevə başsağlığı verib

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə müzakirə olunub

Gözəlliyin gətirdiyi risklər

Ağdam rayonunun Kosalar kəndi

Məsciddə kamikadze özünü partlatdı

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

Erməniəsilli şəxslər Xankəndiyə aparılıb

İranın Azərbaycana tarixi münasibəti-Açıqlama