Osmanqızı çoxdan ŞƏHİD QIZI deyil

11:52 11-01-2023 | icon 343 | Cəmiyyət
Osmanqızı çoxdan ŞƏHİD QIZI deyil

Lalə Quliyeva: "Sevinc kimilər kimliklrərini itirmişlərdir"

 

“Sevinc Osmanqızı əlləri Qərbi Azərbaycanın tarixi torpaqlardan yüz minlərlə didərgin, şəhid olmuş, azərbaycanlıların qanına batmış ermənilərlə əlbirdir və onlara haqq qazandırır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva bildirib.

 

Onun sözlərinə görə Sevinc Osmanqızının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışlyla bağlı fikirləri, onun anti-azərbaycanlı mövqeyi Azərbaycan cəmiyyətində, həmçinin müxalifət düşərgəsində hiddətlə qarşılanıb:

 

“ABŞ-da yaşayan ermənipərəst jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib. Əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına haqq qazandırması ilə Sevinc Osmanqızı sözün həqiqi və məcazi mənasında düşmən dəyirmanına su töküb. Sevinc Osmanqızının bu cür anti-azərbaycanlı mövqeyi Azərbaycan cəmiyyətində, həmçinin müxalifət düşərgəsində hiddətlə qarşılanıb. Bəyəm biz öz haqqımızı tələb etməməliyik? Tarixi torpaqlarımız hesab olunan, Qərbi Azərbaycanda yaşayan bizim soydaşlarımız doğma ata-baba yurdlarına həsrət qalmalıdırlar? Niyə ora qayıtmamalıdırlar?”

 

Lalə Quliyev qeyd edib ki, ABŞ-ı özünə vətən hesab edən, antiAzərbaycan təbliğatı aparan Sevincə şəhid qızı adı yaraşmır. Bu adam çoxdan yaddaşlardan şəhid övladı kimi silinib:

 

“Ona görə ki, Şəhidlər Xiyabanında dəfn olunan atasının ruhu o qız üçün dəyərsizdir. Dəyərli olsaydı ermənipərəst mövqedən çıxış etməzdi. Bilirsiz, hakimiyyətdən, onun başında oturan şəxsdən, komandasından narazı qalmaq olar, amma dövlətdən, bayraqdan, xalqdan narazı qalaq olmaz, onlardan incimək olmaz. ABŞ-da və Avropada sığınacaq tapan Sevinc kimilər xalqımızı aşağılayan fikirlər səsləndirməz. Atası Osman Mirzəyev qızının aşağıladığı Azərbaycan torpağında uyuyur, hansı ki, bütün şəhidlərin məzarı bizim üçün müqəddəs yerdir. Çünki onlar bizim şəhidlərimizdi, çünki o torpaqlar bizim tarixi torpaqlarımızdı”.

 

Lalə xanım vurğulayıb ki, Sevinc kimilər kimliklrərini itirmişlərdir:

 

"Vətən müharibəsi dövründə azərbaycanlılar xaricdə orduya dəstək, şəhidlərimizə hörmət, ehtiram, düşmənə nifrət prinsiplərini əsas tutaraq aksiyalar keçiriblər. Sevinc kimilər isə ermənilərin tərəfindən çıxış edərək azərbaycanlıların birlik aksiyasını aşağılayırdılar. Şuşa- Xankəndi yolunda keçirilən dinc aksiyaya dəstək vermək əvəzinə, yenə də ermənipərəst çıxışlar edirlər. Bunun bir adı var – Vətən satqınları! Bunlar Azərbaycan xalqına və dövlətinə qarşı çıxıblar. Bu satqınlar hər dəfə bir fürsət tapıb dövlət və milli maraqlarımızı qrant alaraq satıblar”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Aygünün beş obrazı

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf