Rusiya XİN Paşinyanı reallığa çağırdı

13:49 12-01-2023 | icon 212 | Siyasət
Rusiya XİN Paşinyanı reallığa çağırdı

“Üçtərəfli Bəyanatın hərtərəfli həyata keçirilməsində maraqlısınızsa…”

 

“Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır”.

 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu gün yayılan şərhində deyilir.

 

Onun sözlərinə görə, eyni məsələ ilə bağlı rəsmi Yerevanın bəyanatları ciddi şəkildə fərqləndiyi üçün Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir:

 

“Sözügedən mətbuat konfransı zamanı Ermənistanın baş naziri Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, eyni zamanda Qərbin təşviq etdiyi məsələnin müəyyən “kompleks həllinə” üstünlük verilməsindən danışıb”.

 

O xatırladıb ki, tərəflərin sülh müqaviləsini imzalayarkən əsas götürməyə razılaşdıqları Alma-Ata Bəyannaməsi Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiqləyir:

 

“Həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində idi. Təbii ki, Bakı ilə İrəvan arasında sülh prosesində bu halı gözardı etmək çox çətindir.

Onu da xatırlatmaq istərdik ki, 2022-ci il dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü keçirilməli idi. Hər iki ölkənin liderləri buna razılıq veriblər. Görüşün keçirilməsi üçün hər şey hazırlanmışdı. Amma məhz Ermənistan rəhbərliyi ölkəsinin xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv etdi. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın yolu ətrafında vəziyyətin müzakirəsinə mane oldu”.

 

O, erməni tərəfini reallığa qayıtmağa çağırıb:

 

“Əgər erməni tərəfdaşlar Üçtərəfli Bəyanatın hərtərəfli şəkildə, ən yüksək səviyyədə həyata keçirilməsinə uyğun olaraq müəyyən edilmiş problemlərin həllində, həqiqətən, maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaq əvəzinə, əməkdaşlığa davam etməlidirlər. Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təmin etmək təklifi qüvvədə qalır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf