Sabahdan şagirdlərin yerdəyişməsi dayandırılır


Yanvarın 13-ü saat 17:00-dan etibarən 2022-2023-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.
Bu barədə Versus.Az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Xəbər lenti

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”
"Media Reystri mətbuatımızı xarici ölkə agenturasından xilas edəcək yeganə vasitədir”