“Əsrin kəndi”, təhsil və ayaqyolu

14:20 12-01-2023 | icon 295 | Təhsil
“Əsrin kəndi”, təhsil və ayaqyolu

4 min nəfərlik Aranlı Azərbaycanın ən məşhur və tarixi kəndləri arasında özünə əbədi yer etdi. Bundan sonra İmişlinin bu kəndində XXI əsrin ən müasir məktəb binası tikilsə və ya Zəngilanın Ağalı kəndi ilə yarışa girib daha “Ağıllı kənd” olsa belə, xeyri yoxdur - Aranlı milli kəndçilik tariximizə tualet qəziyyəsi, yaxud ayaqyolu əhvalatı və ya sanitar qovşağı dramı ilə öz möhürünü vurdu.

 

Leyla müəllimə isə boykot-üsyanı ilə adını məktəbçilik tariximizə yazdırdı. Şübhəsiz ki, milli pedaqogika çalışacaq ki, bu işə işıq tutmasın. Amma keçmişini dəyişdirə bilməzsən. Üstəlik, “Aranlı insidenti” pedaqogika üçün yeni “parametr-narrativ” yaratdı: təhsil-tədris-təlim-tərbiyə-sanitariya.

 

Beləliklə, milli təhsil ayaqyolunda ilişdi – üzə çıxdı ki, tualet təhsilin vacib elementi, tədris zəncirinin mühüm həlqəsidir. Bir sözlə, tualetsiz tədris-təlim yoxdur və bu baxımdan sanitariya qovşağı rabitə qovşağından, dəmir yolu qovşağından, hətta energetika hab-qovşağından daha ciddi və önəmli məsələdir...

 

Maraqlıdır, məktəbdə tualet yoxdur, amma bəzi kənd sakinləri Leyla müəllimədən xeyli əvvəl, yeni tədris ili başlarkən şikayətlənirmiş ki, məktəbdən, sinif otaqlarından üfunət iyi gəlir. Yəni, tualetsiz məktəb sanki sanitar qovşağına dönübmüş kimi iylənir.

 

Amma! Hər nə olur-olsun, hətta məktəb iy versin, təki təhsilimiz iylənməsin. Bir şeydən ki, pis qoxu gəldi, demək, çürüməyə başlayıb və ya artıq çoxdan çürüyüb...

 

Qəzənfər Həmidoğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb