İsrail diplomatlarının Bakıda müşavirəsi siyasi hədəflidir

16:38 12-01-2023 | icon 279 | Siyasət
İsrail diplomatlarının Bakıda müşavirəsi siyasi hədəflidir

Görüşün nəticələri o qədər də geniş açıqlanmayacaq

 

 

 

 

 

VÜQAR DADAŞOV
/Qarabağ qazisi, hüquqşünas,
MCP SŞ-nın üzvü/

 
 
 
 

2023-cü ilin ilk günləri yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli şəxslərinin iştirakı ilə görüşü keçiriləcək.

 
 
İsrail dövlətinin xarici siyasət kursunun koordinasiyası ilə bağlı olan belə bir mötəbər tədbirin Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsi sözsüz ki, siyasi hədəflidir. Əvvəla qeyd edək ki, Tehran dövləti İsrail dövlətini özünün bir nömrəli düşməni elan edib və daxili əhalinin konsolidasiya siyasəti məhz bu faktor üzərində qurulub. Tehran fars molla rejimi müxtəlif bəhanələrlə Azərbaycan xalqına, türk etnosuna qarşı maskaladığı genetik düşmənçilik siyasətini 2022-ci ildə Ermənistanda Qafanda öz konsulluğunu açmaqla faktiki Azərbaycana qarşı özünü düşmən elan edərək açıq formaya keçmiş oldu.
 
 
Azərbaycanın son müstəqillik dövrünün ən etibarlı müttəfiqi kimi İsrail özünü sübut edib və 44 günlük Vətən müharibəsi zamanı İsrail dövlətinin, yəhudilərin Azərbaycana faktiki müttəfiqlik səviyyəsində dəstəyi həmin etibarın, dostluğun nümunəsidir. Dünya siyasi elitasının ən parlaq nümayəndələrindən olan İsrail dövlətinin uzun müddət baş naziri olmuş və hal-hazırda da bu ən yüksək postu özünə qaytarmış Binyamin Nitanyahu İsrail-Azərbaycan münasibətlərini faktiki müttəfiqlik səviyyəsinə çatdırmışdır. Binyamin Nitanyahunun yenidən İsrail dövlətinin başına qayıtması təbii ki, Azərbaycanla münasibətlərin yeni inkişaf mərhələsinə keçəcəyini labüd prosesə çevirdi.
 
 
Sözsüz ki, Azərbaycanın İsraildə səfirlik açması iki dövlət üçün olduqca vacib, strateji məqsıdli hadisə idi və yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçiriləcək görüş də həmin strateji hədəflərə xidmət edir. Bəli, unutmayaq ki, keçən il Azərbaycan dövləti ən yüksək səviyyədə Tehran dövlətinə, Cənubi Azərbaycana münasibətdə prioritetlərini açıq bəyan edib.
 
 
Bakıda keçiriləcək sözügedən görüşünTehran dövləti üçün olduqca narahatedici hal yaradıb.
Görüş haqqında məlumat yayıldıqdan sonra Tehran dövlətinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən öz xislətinə uyğun Azərbaycana qarşı təhdidedici videolar yaymağa başlayıb. Həmin videolardan birində SEPAH-ın Bəsic Müqavimət Qüvvəsi Şimali Azərbaycan Respublikasının dövlət sərhəddi pozaraq güya Xudafərin körpüsündən Azərbaycana hücüm edir, sonra İsrailə Qüdsə tərəf hərəkət edir. Ancaq Tehran dövləti onu da bilir ki, gülünc səhnədən başqa bir reallıq yaratmaq iqtidarında deyil. Hədə-qorxusu ilə saymazcasına rədd edilən Tehran Xarici işlər Nazirli vasitəsi geri addım ataraq Azərbaycanla münasibətlərin normal olduğunu dilə gətirərək danışıqlara açıq olduğunu bildirdi.
 
 
Tehran dövlətində səngiməyən ixtişaşlar fonunda Azərbaycan və İsrail koordinasiyalı fəaliyyəti üçün gözlənilən görüşün əhəmiyyəti çox böyükdür. Tehran dövlətinin əhalisinin rejimə qarşı geriyə barışmaz mövqeyi ilə dünya güclərinin istəklərinin üst-üstə düşməsi Tehran dövlətinin özünün mövcudluğu böyük sual altına alıb. Xüsusəndə Rusiyanın Ukraynaya təcavüzünə Tehranıni hərbi və siyasi dəstəyi və faktiki Rusiya tərəfindən müharibəyə qoşulması.
 
 
Tehran dövləti haqqında "hökm"ün çıxarılmasını sürətləndirdi hərçənd ki, Rusiyanın Ukrayna təcavüzünə qədər öz acı sonluğunu ""nüvə proqramı", "sionist rejim", " dövlət terroru", daxilində yaşayan "xalqların asimloya" və teokratik rejimi ilə reallığa çevirib. Bakıda keçiriləcək həmin görüşün Tehran dövlətinin sonluğunu sürətləndirən fəaliyyət istqamətinə xeyiri şübhəsizdir.
 
 
İsrail - Azərbaycan əməkdaşlığının vacib bir istiqaməti də qardaş Türkiyə ilə bağlıdır.
 
 
Türkiyə - İsrail münasibətinin normallaşmasında, yaxınlaşmasında sözsüz ki, rəsmi Bakının xidməti danılmazdır. Nəzərə alsaq ki, müttəfiqlik haqqında Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan və Türkiyə xarici siyasət kursunu və fəaliyyətini iki qardaş dövlətin Təhlükəsizlik Şuralarının mütləq məsləhətləşməsindən sonra ortaq həyata keçirir və bu halda gözlənilən Bakı görüşünün Türkiyə, Azərbaycan və İsrail dövlətinin məlum ümumi maraqları üzrə birgə hərəkətinin müəyyən edilməsi üçün əhəmiyyətlidir. O da məlumdur ki, Bakıda gözlənilən görüşün nəticələri o qədər də geniş açıqlanmayacaq.
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb